• $
  • €
  • ₽
  • ₺
  • £

Rüfət Aslanlı: "Maliyyə infrastrukturu əhəmiyyətli inkişaf etdirilməlidir"

Rüfət Aslanlı: "Maliyyə infrastrukturu əhəmiyyətli inkişaf etdirilməlidir"
24.12.2016 23:26
Azərbaycanda Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsinin reallaşdırılmasına dair proqram hazırlanıb.
 
"Report”un xəbərinə görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"2014-cü ildə dünyada baş verən bir sıra proseslər post-neft strategiyasını bir qədər də irəli çəkib. Bu ilin fevral ayında bunula bağlı Azərbaycan hökumətinin qarşısına tapşırıqlar qoyulub. 2016-cı ildə post-neft iqtisadiyyatının qurulması üçün strategiyanın hazıranması ilk addımlardan olub. Bu sənəd Azərbaycan iqtisadi modelinin qurulmasına xidmət edəcək”, - deyə R. Aslanlı qeyd edib.

Onun sözlərinə görə, sənəddə maliyyə sektorunu da əhatə edən bir sıra tapşırıqlar qeyd edilib: "Bu strategiyanın məqsədi ölkədə sabit, dayanıqlı və effektiv maliyyə sektorunun qurulmasıdır. Sabit maliyyə sektoru yaxşı kapitallaşmış, likvid vəsaitlərə malik maliyyə sektoru deməkdir. Dayanıqlı maliyyə sektoru təsirlərə davam gətirə bilən sektordur. Effekti isə müxətlif istehlakçılar dairəsinə əlçatan maliyyə xidmətlərinin təqdim edilməsini nəzərdə tutur", - deyə R. Aslanlı bildirib.

İlk növbədə bank sektorunda restrukturizasiya prosesinin tamamlanmalı olduğunu qeyd edən MBNP başçısı əlavə edib ki, qeyri-işlək aktivlər məsələsi də həll edilməlidir: "Maliyyə infrastrukturu əhəmiyyətli inkişaf etdirilməlidir".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol