Aksiz markalı malların satışı ilə bağlı qaydalara dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
ANN.Az xəbər verir ki, dəyişikliklərə əsasən Qaydaların 3.2-ci bəndində "(pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla)” sözləri "(pərakəndə satış istisna olmaqla)” sözləri ilə əvəz edilir.
Qeyd edək ki, 3.2-ci bənddə deyilirdi:
"Markalanmalı malların (pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir”.
Bu fərman 2017-ci il yanvarın 1-dən qüvvəyə minir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























