Azərbaycan-İran Dövlət Komissiyasının növbəti iclası keçiriləcək - Bakıda

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin rəhbərliyi ilə nümayəndə heyəti dekabrın 26-29-da Azərbaycana səfərə gələcək.
Azərbaycanın İqtisadiyyat Nazirliyindən ANN.Az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası, Azərbaycan-İran biznes forumu və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
İran nümayəndə heyəti səfər zamanı həmçinin, Naxçıvana gedəcək, rəsmi görüşlərdə və bir sıra tədbirlərdə iştirak edəcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























