• $
  • €
  • ₽
  • ₺
  • £

Daşınmaz əmlak bazarında son vəziyyət AÇIQLANDI

Daşınmaz əmlak bazarında son vəziyyət AÇIQLANDI
26.12.2016 15:46
"2016-cı ildə mənzil bazarında qiymət azalmasının ən dinamik dövrü fevral və may ayları arasında olub”.

Bunu ANN.Az-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti”nin (AQC) sədri, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bu il daşınmaz əmlak bazarında qiymətlərin azalmasının səbəblərini şərh edərkən deyib. 

Ramil Osmanlı 2016-cı ildə daşınmaz əmlak bazarının daha çox qiymət azalması ilə yadda qaldığını bildirib: 
 
 

"Daşınmaz əmlak bazarında yalnız yeni tikilən binalara istisna olmaqla, qiymətlər azalma ilə müşahidə olunub. Bu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı barədə danışmaq əsassız olar. Mənzil bazarında qiymət azalmasının ən dinamik dövrü bu ilin fevral və may ayları arasında baş verdi. Həmin dövrdə qiymət azalması təqribən, 15-16% təşkil edib. Yay aylarında isə qiymətlər az da olsa, stabilləşdi. Ancaq sentyabrın sonunda yenidən qiymət azalmaları müşahidə olunmağa başladı. İl ərzində xüsusilə təkrar mənzil bazarında (köhnə tikililərdə) qiymətlər təqribən, 23% aşağı düşüb. Bu tendensiya hələ də davam edir”.

Ekspert kirayə mənzil bazarında da qiymətlərin dəyişdiyini deyib:

"Yalnız kirayə mənzillərin deyil, ofislərin, qeyri-yaşayış, kommersiya obyektlərinin icarə qiymətində çox kəskin azalmalar olub. Bu da daşınmaz əmlak bazarında təklif portfelində kommersiya obyektlərinin sayının həddən artıq olması ilə bağlıdır. Təklif artıqdıqca, təbii ki, qiymət aşağı düşür. Ötən il obyektlərin, ofislərin, ayrı-ayrı ticarət və xidmət obyektlərinin çox sürətlə boşalması prosesi baş verdi. Həmin obyektlər yenidən bazara təklif olunduqca, bu, özünü qiymətlərdə göstərdi və azalma müşahidə olundu. Bu il həmçinin, torpaq sahələrinin qiymətlərində də azalma olub. Bütövlükdə, bazarda demək olar ki, bütün əmlak subyektləri üzrə göstəricilər, faktiki olaraq, daşınmaz əmlak bazarı əvvəlki, formada deyil. Bunun da səbəbləri daha çox makroiqtisadi amillərlə bağlıdır. Makroiqtisadi amillərin təsiri nəticəsində ipoteka kreditlərinin verilməsində, daşınmaz əmlakın ipotekaya qoyulmasında, bank əməliyyatlarının həcminin azalmasında da mənfiyə doğru müəyyən dəyişikliklər olub. Bu da özünü həm qiymətdə, həm alğı-satqı əməliyyatlarının sayında göstərib”.           


 
Daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnozların verilməsinin əleyhinə olan ekspert bunun potensial alıcıların bazardan çıxıb, gözləmə mövqeyi seçməsi ilə müşahidə olunduğunu deyib:

"Bu tendensiya bütövlükdə bazara mənfi təsir göstərir. İqtisadi inkişafın passiv olduğu bir dövrdə bazarın daha da passivləşməsi alıcı kütləsinin məhdudlaşmasına gətirib çıxara bilər. Ümumiyyətlə, 2017-ci ildə mənzil bazarında qiymət artımına dair hər hansı bir iqtisadi əsaslandırmanın verilməsi düzgün olmazdı. Qiymət azalmasına dair verilən açıqlamalar isə potensial alıcıların bazardan çıxıb, gözləmə mövqeyi seçməsinə gətirib çıxaracaq. Hesab edirəm ki, digər ekspertlər də proqnoz verərkən ehtiyatlı olmalıdır. Çünki qiymət artımı ilə bağlı verilən hər bir proqnoz mətbuatda dərc olunur və bu, mənzil bazarında alıcı itkisinə gətirib çıxarır”.

"Daşınmaz əmlak bazarında indiki halda, mexaniki olaraq, aktivliyin artacağını düşünmək bir qədər yanlışlıq olardı. Bu, daha çox Azərbaycanın makroiqtisadi vəziyyətinin müsbətə doğru dəyişməsindən asılı ola bilər. Yəni ölkənin gəlirləri artarsa, (neft qiyməti 60-70 dollar təşkil edərsə) hökumət də şəhərsalma və infrastruktur, tikinti layihələrinə ayırdığı vəsaitləri artıracaq. Bu halda daşınmaz əmlak bazarında müsbətə doğru dəyişiklik ola bilər. Ancaq hazırda qiymət artımı üçün hər hansı bir əsas yoxdur”, - deyə R. Osmanlı əlavə edib.

Orxan Aslanlı

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol