• $
  • €
  • ₽
  • ₺
  • £

İcbari tibbi sığortadan bu şəxslər faydalana biləcək – SİYAHI

İcbari tibbi sığortadan bu şəxslər faydalana biləcək – SİYAHI
29.05.2020 00:22
"Azərbaycanda icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdə əhalinin 50%-i güzəştdən istifadə edə biləcək”.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Z.Əliyev qeyd edib ki, pilot rayonlarda icbari tibbi sığorta sisteminə cəlb olunacaq əhalinin təqribən 50%-i qeyri-iqtisadi, 50%-i isə iqtisadi fəal əhali qrupuna aiddir.

Agentlik direktoru əlavə edib ki, gələn il yanvarın 1-dən icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılacaq: "Niyyətimiz odur ki, yanvarın 1-dən sistemin tətbiqinə başlayaq. Amma bu, elə də asan deyil.

Çünki yanvarın 1-dən pilot rayonlardakı dövlət xəstəxanalarının idarəçiliyi də agentliyə keçdiyindən, bununla əlaqədar bir qədər hazırlıq işləri görüləcək, sonra isə biz sistemin tətbiqinə başlayacağıq”.

Qeyd edək ki, icbari tibbi sığorta sistemi ilkin olaraq, Yevlax və Mingəçevirdə həyata keçiriləcək.

Gələn il yanvarın 1-dən Mingəçevir şəhərinin və Yevlax rayonundakı dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərəcək.

Pilot layihə müddətində həmin məüssisələrin maliyyələşdirilməsini, inventarizasiyasını və kadr məsələlərinin tənzimlənməsini Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirəcək.

Layihə həyata keçirilərkən aztəminatlı ailələr, əlillər, pensiyaçılar, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad ediləcəklər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol