• $
  • €
  • ₽
  • ₺
  • £

Xarici investisiya ilə maliyyələşən yol tikinti layihələri - SİYAHI

Xarici investisiya ilə maliyyələşən yol tikinti layihələri - SİYAHI
27.12.2016 14:25
"Yol tikintisində xarici investisiya ilə maliyyələşən layihələr var”

ANN.Az xəbər verir ki, bunu AzərTac-a müsahibəsində  "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov deyib.

ASC sədrinin sözlərinə görə, yol infrastrukturunun yenidən qurulması və daha da təkmilləşdirilməsi istiqamətində dövlət büdcəsindən əsaslı vəsait qoyuluşları ilə yanaşı, beynəlxalq institutlardan və digər kreditor qurumlardan cəlb olunan kreditlər hesabına da irimiqyaslı layihələr həyata keçirməyə çalışırıq:

"Xarici investisiya ilə maliyyələşən layihələrdən biri Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhəd avtomobil yolunda 4 müasir körpünün layihələndirilməsi və tikintisidir. Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşən həmin layihələr hesabına 3 körpü Ağstafa-Poylu-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunda, 1 körpü isə Poylu-Düzqışlaq-Qazax yerli avtomobil yolunda inşa olunur. Tikinti işlərini Azərbaycanda fəaliyyət göstərən "Körpü-Bina-Tikinti” və "Gəncə-Körpü-Tikinti-2” MMC-lərin yaratdığı konsorsium aparır. Məsləhətçi şirkət isə İtaliyanın İRD "Engineering” şirkətidir. Bu 4 körpü Kür çayı, Ağstafaçay, Acədərəçay və dəmir yolu üzərində inşa edilir. Artıq layihə üzrə işlərin 45-53 faizi görülmüşdür. Bundan əlavə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun (M-4) Bakı-Şamaxı hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi də xarici sərmayə hesabına həyata keçirilir. Azərbaycan hökumətinin Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə bağladığı sazişə əsasən, həmin yolun 101 kilometrlik hissəsi adı çəkilən bankın krediti hesabına genişləndirilir. Hazırda yolun 15-45, 45-67 və 67-91 kilometrlik hissələrində tikinti işləri gedir. Türkiyənin "Polat Yol Yapı”, Cənubi Koreyanın "Pyunthwa Engenering” və Azərbaycanın "Körpü-Bina-Tikinti” MMC şirkətlərinin inşaatçıları yolun vaxtında istifadəyə verilməsi üçün var qüvvə ilə çalışırlar.
Mingəçevir-Bəhrəmtəpə yolunun da üç hissə ilə inşa edilməsi nəzərdə tutulur.
 
"Eyni zamanda, uzunluğu 243 kilometr olan Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi yolu layihəsi icra olunur. Yeni trass üzrə I dərəcəli dördzolaqlı bu yol məsafəni 39 kilometr qısaltmaqla 203,9 kilometr olacaq. Artıq Salyan rayonu ərazisində Kür çayı və Lənkəran rayonu ərazisində Lənkərançay üzərində körpülərin tikintisi başa çatıb. Hazırda yolun planda nəzərdə tutulan 149,5 kilometr hissəsində işlər gedir. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilən bu yolun Yenikənd-Salyan və Salyan-Şorsulu hissələrində podratçı "Yevraskon-Azvirt” müəssisəsi çalışır. Tikinti işlərinə texniki nəzarəti Almaniyanın "Kocks GmBH Konsulting” şirkəti həyata keçirir. Yeni trassın Şorsulu-Cəlilabad, Cəlilabad-Masallı, Masallı-Astara hissələrinin tikintisi isə podratçı "Kolin İnşaat, Turizm, Sənaye və Ticarət” AŞ, podratçı "Özgün Yapı, Sənaye və Ticarət” AŞ, "Polad yol Yapı Sənaye və Ticarət” AŞ tərəfindən yerinə yetirilir. Texniki nəzarət ABŞ-ın "Tera İnternational Group”, İtaliyanın "İRD Engerering” və "Nippon Koei uk” şirkətlərinə həvalə edilib. Onu da deyim ki, artıq layihə üzrə işlərin təqribən 64-79 faizi görülüb”, - deyə S.Məmmədov əlavə edib.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol