"Növbəti sammitə kimi bütün məsələlər razılaşdırılacaq" - Xələf Xələfov

"Xəzərin hüquqi statusu ilə bağlı bir çox məsələ artıq razılaşdırılıb. Bunu faizlə demək bir qədər çətindir. Lakin bəzi vacib məsələlər hələ qalıb".
ANN.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
X. Xələfovun sözlərinə görə, bu istiqamətdə danışıqlar aparırıq və planlaşdırırıq ki, Astanada keçirilməsi nəzərdə tutulan növbəti sammitə qədər bütün məsələlər razılaşdırılacaq:
"İşçi qrupu bu məsələləri xarici işlər nazirlərinin görüşünə kimi tamamlamalıdır. Görüşə qədər bütün açıq məsələləri yekunlaşdırmağı düşünürük. Məqsədimiz sammitə kimi Xəzərin hüquqi statusu ilə bağlı konvensiya layihəsini bitirib prezidentlərin imzalamasına təqdim etməkdir. Böyük işlər görülüb. Bütün konseptual məsələlər üzrə ümumi anlaşma var. Bütün beş tərəfin yanaşmasında yaxınlıq var, sadəcə bir neçə detal qalıb. Bunlardan ən mühümü bölünmə prinsipləri ilə bağlıdır".
Nazir müavini bildirib ki, işçi qrupunun iclası yanvarın üçüncü ongünlüyündə ya Aşqabadda, ya da Bakıda olacaq. Hazırda bu məsələ ilə bağlı dəqiqləşmələr aparırıq.
Vüsal Əzizov
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























