• $
  • €
  • ₽
  • ₺
  • £

Neft Fondu yerli banklara depozit yatıracaq?

Neft Fondu yerli banklara depozit yatıracaq?
28.05.2020 19:41
"Dövlət Neft Fondunun (SOFAZ) yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə, bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər”.

ANN.Az "Marja”ya istinadən xəbər verir ki, bunu SOFAZ-ın icraçı direktoru Şahmar Mövsümov bildirib.

"Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydaları”ın 3.3. bəndinə əsasən Fond investisiya portfelinin 5%-ə qədərini yerli iri banklarda yerləşdirmək imkanına malikdir. 

Hazırda, SOFAZ-ın yaxın gələcəkdə Azərbaycan Beynəlxalq Bankında yerləşdirilən depozitin həcmini artırmaq kimi planları yoxdur, lakin zərurət yarandığı təqdirdə, bu məsələyə qeyd edilən 5% qaydası çərçivəsində baxıla bilər.

Depozitin yerləşdirilmə şərtlərinə gəldikdə isə qeyd etmək istərdik ki, bu vəsait bankda illik 4% olmaqla 1 il müddətinə yerləşdirilib. Faiz dərəcələrinin formalaşdırılması və maliyyə əməliyyatlarının həyata keçirilməsi şərtlərinin yaranmasında ölkənin makroiqtisadi göstəriciləri, maliyyə sahəsinin inkişaf səviyyəsi, aktivlərin həcmi, kredit reytinqi və s. əhəmiyyətli rol oynayır. 

Təbii ki, bu göstəriciləri nəzərə almadan gəlir barədə danışmaq bir qədər düzgün yanaşma sayılmaz və bu səbəbdən də biz müxtəlif banklarda depozit yatırımlarını sırf gəlirlilik baxımından müqayisə edə bilmərik”,- o deyib. 

Qeyd edək ki, Neft Fondu Beynəlxalq Banka 1 milyard dollar depozit yatırıb.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol