• $
  • €
  • ₽
  • ₺
  • £

Bu avtobusun hərəkət istiqaməti dəyişdi

Bu avtobusun hərəkət istiqaməti dəyişdi
29.05.2020 07:08
Bakıda daha bir marşrutun hərəkət istiqamətində dəyişiklik ediləcək. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumatda bildirilib. 

"Bakıxanov qəsəbəsində "Ərəblinka" adlanan ərazinin sakinlərinin çoxsaylı müracitlərini nəzərə alaraq, 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilməsi nəzərdə tutulub. BNA-nın mütəxəssissləri qeyd edilən ərazidə müvafiq araşdırma aparıb və müəyyən olunub ki, 66 saylı marşrut xətti Qaraçuxur qəsəbəsi istiqamətinə hərəkət edərkən Nazim İsmayılov küçəsi ("Ərəblinka" yaşayış sahəsi), əks istiqamətdə isə Zaur Şərifov küçəsi - Gənclik prospekti ilə hərəkət edir. Həmçinin Nazim İsmayılov küçəsi ilə metronun "Neftçilər” stansiyası istiqamətinə heç bir müntəzəm sərnişindaşıma marşrutu hərəkət etmədiyi üçün bu da sakinlərin haqlı narazılıqlarına səbəb olur. 

BNA-nın mütəxəsisslərinin apardığı təhlillər nəzərə alınaraq, Nazim İsmayılov ("Ərəblinka" yaşayış sahəsi) və Zaur Şərifov küçələrinin sakinlərinin müntəzəm sərnişindaşıma marşrutundan istifadə etmələri üçün 66 saylı marşrutun hərəkət istiqamətində dəyişiklik edilərək sxemdə göstərildiyi qaydada Zaur Şərifov küçəsindən Cəlal Qurbanov küçəsinə dönərək oradan isə geriyə Zaur Şərifov küçəsi, Nazim İsmayılov küçəsi və Şamil Kamilov küçəsi ilə hərəkət etməsini məqsədəuyğun hesab edilir", - BNA-nın məlumatında qeyd edilib.

Qeyd edək ki, Gənclik prospekti ilə alternativ olaraq 55 və 81 nömrəli müntəzəm marşrutlar hərəkət etdiyi üçün həmin ərazinin sakinləri qeyd edilən marşrut xəttlərindən isfifadə edə bilərlər.

BNA həmçinin bəyan edib ki, yaxın zamanlarda avtobusların dayanması üçün Cəlal Qurbanov küçəsində dayanacaq məntəqəsinin yaradılması, 5.12 yol nişanının və digər yol hərəkət nişanlarının quraşdırılması nəzərdə tutulub:
 
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sərnişinlərin nəzərdə tutulan dəyişikliklə bağlı əvvəlcədən məlumatlanıdrmaq məqsədi ilə bildiririk ki, 66 saylı marşrut xətti üzrə avtobuslar 03.01.2017-ci il tarixindən test rejimində yeni sxem üzrə hərəkət edəcəklər. Test rejimi müddətində sərnişinlərin sözügedən dəyişikliklə bağlı hər hansı bir narazlığı olmayacağı halda, bu hərəkət sxem təsdiq ediləcək".   

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol