• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda daha bir fond yaradılacaq

Azərbaycanda daha bir fond yaradılacaq
28.12.2016 09:48
2017-ci ildə Azərbaycanda kredit zəmanət fondu yaradılacaq.

ANN.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, kiçik və orta sahibkarlıq (KOS) üzrə kredit zəmanət fondunun yaradılması bu subyektlərin maliyyə risklərinin azalması ilə nəticələnə bilər. Bunun üçün yerli valyuta ilə kreditlərə zəmanətlərin verilməsi imkanları araşdırılacaq. 

Kredit zəmanət fondu KOS subyektlərinin ixrac məqsədləri üçün kredit ehtiyaclarını daha yaxşı ödəmək üçün əlavə imkanlar yaradacaq. Yerli bazara çıxış məqsədilə kreditlərə verilən zəmanətlər daha məhdud səviyyədə təmin ediləcək və bu zaman əsas diqqət orta sahibkarlıq subyektlərinə, daha sonra isə uzunmüddətli perspektivdə mikrosahibkarlıq subyektlərinə yönəldiləcək. KOS subyektlərinə zəmanətlər daha çox yerli valyuta ilə ayrılan kreditlər üzrə veriləcək.

Kredit zəmanət fondu tərəfindən pilot layihə kimi, ilk növbədə, yüksək gəlir gətirmək potensialına malik sektorlara, məsələn, maşınqayırma və kənd təsərrüfatı məhsullarının emalına yönəlmiş kreditlərə zəmanət verilə bilər. 

Ayrı-ayrı KOS subyektlərinin seçilməsi meyarları ilkin mərhələdə daha sərt şəkildə müəyyən ediləcək. Belə ki, seçim zamanı əsas üstünlük qəbul olunan səviyyədə idarəçilik mexanizmləri olan, lazımi məlumatlarla tam təchiz olunmuş, qeydiyyatdan keçmiş, eləcə də strateji planı və kredit reyestrində yüksək reytinqi olan təsərrüfat subyektlərinə veriləcək.

KOS agentliyi həyata keçirilməkdə olan təşəbbüslərin və fəaliyyət planlarının bütün maraqlı tərəflərlə əlaqələndirilməsini təmin edəcək və KOS subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təkmilləşdirəcək. 

Agentlik İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, KOS subyektlərinin, bankların və digər maraqlı tərəflərin iştirakı ilə ildə iki dəfə iclaslar təşkil edəcək, mövcud çətinlikləri aradan qaldırmaq üçün hazırlanmış fəaliyyət planlarını müzakirə edəcək. Bundan əlavə, KOS subyektlərinin maliyyə vasitələrinə çıxışında aparılan təkmilləşdirmələri davamlı şəkildə qiymətləndirəcək və kütləvi informasiya vasitələri ilə ictimaiyyəti məlumatlandıracaq.

Bundan başqa, 2017-2020-ci illərdə KOS subyektlərinin maliyyə savadlılığının artırılması istiqamətində araşdırmalar aparılacaq, sahibkarların ehtiyacları müəyyənləşdiriləcək və bu istiqamətdə mütəmadi tədbirlər görüləcək.

Tədbirlərə, həmçinin, ödənişsiz və ya güzəştli qiymətlərlə xüsusi təlim proqramlarının təşkili və həmin təlimlərə yerli və beynəlxalq məsləhətçilərin cəlb olunması aiddir. Eyni zamanda, KOS agentliyi banklarla əməkdaşlıq edərək, bankların KOS subyektlərinə qeyri-maliyyə xidmətləri (məsələn, marketinq, menecment, satış və s.) göstərilməsini təşviq edəcək.

Tədbirlərin həyata keçirilməsi zamanı mövcud təlim və tədris imkanlarından istifadə olunacaq, yeni təlim mərkəzlərinin yaradılması təşviq ediləcək və bu mərkəzlərdə təlim və məşğələlərin səmərəli olması üçün ən qabaqcıl metodologiyalardan istifadə ediləcək. Tədbirlərin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən və texniki dəstəyindən də istifadə ediləcək.

Bu prioritetin tərkib hissəsi olaraq, Azərbaycanda fəaliyyət göstərən KOS subyektlərinin ixrac fəaliyyəti daha rahatlıqla maliyyələşdiriləcək və son nəticə olaraq xarici bazarlara çıxış imkanları artacaq.

KOS subyektlərinin maliyyə resurslarına sərfəli və səmərəli çıxışının təmin edilməsi strateji hədəfinin tərkibində irəli sürülmüş bütün prioritetlər ümumi tədbirlər kompleksinin bir hissəsini təşkil edir. KOS subyektlərinin maliyyə savadlılığının artırılması nəticəsində onların rəqabət qabiliyyəti yüksələcək, bu isə öz növbəsində, maliyyə resurslarından düzgün istifadə səviyyəsinə müsbət təsir göstərəcək.

Bu prioritetin yerinə yetirilməsi üçün əsaslı investisiya qoyuluşu tələb olunmur.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol