TANAP üçün daha bir kreditor

"Azərbaycanın İqtisadiyyat Nazirliyi Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) ölkəmizdə yerli nümayəndəliyinin açılması imkanlarını müzakirə etməyə hazırdır".
Bunu Trend-ə eksklüziv olaraq İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq departamentinin direktoru Ruslan Rüstəmli deyib.
R.Rüstəmlinin sözlərinə görə, bu cür əməkdaşlıq təcrübəsi Ümumdünya Bankı, Asiya İnkişaf Bankı kimi başqa beynəlxalq maliyyə institutları ilə də mövcuddur.
O əlavə edib:
"Bu il bankın nümayəndə heyəti ölkəmizdə olub, danışıqlar aparmışıq. AİİB-in Direktorlar Şurası artıq TANAP üçün kredit ayırmaq təklifini müsbət dəyərləndirib".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























