Hindistan Azərbaycandan xahiş etdi: Gömrük rüsumları azaldılsın

Hindistan Azərbaycandan zərgərlik məmulatlarının idxalına gömrük rüsumlarını azaltmağı xahiş edib.
Bu barədə Trend Hindistan KİV-lərinə istinadən məlumat verib.
Bu məsələ Hindistanın Qiymətli daşların və zərgərlik məmulatlarının ixracının təşviqi Şurasının (GJEPS) nümayəndələri ilə bu ölkənin Azərbaycandakı səfiri Sancay Rananın görüşü zamanı müzakirə olunub.
Hindistan mətbuatının məlumatına görə, GJEPS nümayəndələri Azərbaycan Maliyyə Nazirliyi ilə gömrük rüsumlarının azaldılması məsələsinin müzakirə olunmasını xahiş ediblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























