"Azərbaycanda dollarla vergi ödəyənlər var" - Nazirlik

"Ölkədə dollarla vergi ödəyən ödəyicilər var".
ANN.Az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur Fətizadə Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərin şərhinə həsr edilmiş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, dollarla vergi ödənilməsi qanunvericilikdə də var:
"Bu ödəməni əsasən xaricə işləyənlər edirlər".
"Dolların vergi daxilolmalarına təsiri var, lakin burada xərclərə də təsir mövcuddur. Azərbaycanda təkcə bu il 100 milyon manat civarında büdcəyə təsir olub", - deyə Z.Fətizadə əlavə edib.
Orxan Aslanlı
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























