• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu borclara dövlət zəmanəti verilməyəcək

Azərbaycanda bu borclara dövlət zəmanəti verilməyəcək
29.12.2016 17:14
Azərbaycanda dövlətə məxsus olan hüquqi şəxsin borc almasına razılıq verilməsi onun borcalma üzrə öhdəliklərinə dövlət zəmanəti verilməsi kimi qəbul edilə bilməz. 

ANN.Az "Report”-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş "Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, iştirak payının və yaxud səhmlərinin 51%-i və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan banklar, bank olmayan kredit təşkilatları və sığorta şirkətləri istisna olmaqla, digər dövlətə məxsus hüquqi şəxslərin dövlət zəmanəti ilə borc alması "Dövlət borcu haqqında” qanun və Prezidentin "Dövlət zəmanəti ilə alınan kreditlərə dair sazişlərin bağlanması qaydaları haqqında” 13 fevral 2006-cı il tarixli fərmanına uyğun olaraq həyata keçirilir.

Qaydada qeyd olunur ki, dövlətə məxsus olan hüquqi şəxslər hər il iyunun 1-dək növbəti il üzrə borcalma niyyətləri və borcalmanın ümumi məbləği barədə məlumatı Maliyyə Nazirliyinə təqdim etməli, nazirlik 30 gün ərzində bununla bağlı müraciətləri təhlil etməlidir.

Borcalmaların ümumi məbləğinin ölkənin növbəti il üzrə proqnozlaşdırılan makroiqtisadi və digər maliyyə, borc dayanıqlığı göstəricilərinə, o cümlədən ÜDM-ə nisbəti, borca xidmət xərclərinin büdcə xərclərinə nisbəti, valyuta məzənnəsi nəzərə alınaraq, borcalmanın yuxarı həddinə dair təkliflər hazırlanmalı, borcalmanın yuxarı həddində nəzərə alınan investisiya layihələri İqtisadiyyat Nazirliyi ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim edilməlidir.

Nazirlər Kabineti isə ölkə Prezidenti ilə razılaşdırmaqla cari il sentyabrın 15-nə qədər növbəti il üçün dövlətə məxsus olan hüquqi şəxslərin borcalmasının yuxarı həddini milli valyuta ilə müəyyən etməlidir.

Maliyyə Nazirliyi hər il yanvarın 30-na qədər dövlətə məxsus olan hüquqi şəxslərin əvvəlki il üzrə borcalmaları və borcalmanın yuxarı həddinə əməl edilməsi vəziyyəti barədə məlumatları Nazirlər Kabinetinə təqdim etməlidir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol