• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail qazı Azərbaycan kəmərinə qoşulur? - AÇIQLAMA

İsrail qazı Azərbaycan kəmərinə qoşulur? - AÇIQLAMA
30.12.2016 15:45
"İsrail qazının Azərbaycandan gedən boru kəmərinə qoşulması fərziyyədir”.

Bunu ANN.Az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban İsrailin qazının Azərbaycandan keçən boru kəmərinə qoşulacağı haqqında yayılan məlumatları şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, bu haqda deyilənlərin hamısı fərziyyədir:

 
 
"İsrail dövləti 2010-cu ildə özünün qaz yatağını kəşf edib. Həmin müddətdən 6 ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də qaz yataqlarını istismarına başlanmayıb. Həmin qaz yataqlarının ümumi ehtiyatı 1 trilyon kubmetrə qədərdir. Yəni, bizim Şahdəniz yatağı qədər ehtiyatımız var. Qaz yataqlarının istismarına başlanmamasının səbəbi odur ki, İsrail Misirdən ucuz qiymətə qaz alır. İsrailə qazı mayeləşdirilmiş şəkildə və ya boru ilə Misirdən gətirmək daha ucuz başa gəlir, nəinki, qaz yataqlarına kapital qoyub, onları istismara vermək. Bundan əlavə,  Aralıq dənizində o qaz yataqlarının istismara verilməsi, hələ gündəmdə deyil.  Nəzərə alsaq ki, yaxın 10 ildə karbohidrogenlərin qiyməti ucuz olacaq, həmin yataqların işlənməsi güman ki, kağız üzərində qalacaq. Çünki, orada dəniz dərinliyi çoxdur. Belə bir infrastrukturu Aralıq dənizində yaratmaq çətindir. Həm də Aralıq dənizinin duzluluq dərəcəsi normadan o qədər artıqdır ki, indiyə qədər o dənizdə heç vaxt sualtı boru kəməri çəkilməyib. Bu boru kəməri ona görə lazımdır ki, İsrail Suriyadan yan keçməklə, Türkiyəyə boru çəkməlidir. Kəmərin uzunluğu təqribən 500 km-ə yaxın olmalıdır”. 

İsrailin qazının Azərbaycandan gedən boru kəmərinə qoşulub Qərbə satacağı iddiasına münasibət bildirən ekspert bu məsələdə ölkəmizin heç bir rol olmadığını vurğulayıb:

 
 
"Bu məsələnin həyata keçirilməsində TANAP-ın anonim şirkəti var və şirkətin həyata keçirdiyi layihədə Azərbaycan Dövlət Neft Şirkətinin 58% payı var. Ola bilsin, bir neçə aydan sonra Neft Şirkətinin oradakı payı daha da azalacaq. Yəni bu, bir konsorsiumdur. Şirkət hazırda boru kəmərini tikməklə və ondan sonra istismarı ilə məşğul olacaq. TANAP nəqletmə şirkəti olduğundan, o kəmərdən nə qədər çox qaz keçərsə, gəlir bir o qədər də çox olacaq. Azərbaycanın hazırda tək düşməni Ermənistandır. Onların da təbii qazı yoxdur. Ona görə, həmin kəmərdən digər dövlətlər də qaz sata bilərlər. Onun Azərbaycana heç bir aiddiyyatı yoxdur”, - deyə İlham Şaban əlavə edib.

Qeyd edək ki, ötən gün mətbuatda israilli politoloq Şimon Brimanın İsrailin Azərbaycandan keçən boru kəməri vasitəsilə Qərbə qaz satacağı ilə bağlı fikirlər səsləndirib:

 
 
"İsrail Azərbaycandan qərbə çəkilən qaz kəmərinə qoşularaq, şelf yataqlarından (Aralıq dənizindən) öz qazını satmaq üçün fürsətləri dəyərləndirir. Layihənin reallaşması iki ölkə arasındakı münasibətləri daha da gücləndirəcək”.

Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol