• $
  • €
  • ₽
  • ₺
  • £

Vergi ödəyiciləri monitorinq rejiminə cəlb ediləcək

Vergi ödəyiciləri monitorinq rejiminə cəlb ediləcək
30.12.2016 17:07
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 27 dekabr 2016-cı il tarixli iclasında "Nağdsız hesablaşmalar haqqında” qanunun tətbiqi barədə prezident İlham Əliyevin 23.12.2016-cı il tarixli fərmanından irəli gələn tapşırıqların icrası mexanizmi müzakirə edilib.
 
Palatadan Modern.az-a verilən məlumata görə, iclasda ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, ö cümlədən nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq və bank sisteminin inkişafını sürətləndirmək məqsədilə qəbul olunmuş qanundan irəli gələn Palatanın üzərinə düşən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
 
Fərmanın  icrası məqsədilə sadələşdirilmiş vergi ödəyiciləri üzrə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan, ƏDV ödəyicilər üzrə isə ümumi məbləği otuz min manatdan artıq həyata keçirilmiş bütün mədaxil və məxaric əməliyyatları "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna müvafiq olaraq monitorinq rejiminə cəlb ediləcək.
 
Direktorlar Şurasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün bankların və poçt rabitəsinin milli operatorunun fərmanda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə məlumatlandırılması təmin ediləcək, o cümlədən onların aidiyyəti əməkdaşlarına yeni hesabatlıq sistemi barədə treninqlər keçiriləcək. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol