• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni Texniki Komitə yaradıldı - Azərbaycanda

Yeni Texniki Komitə yaradıldı - Azərbaycanda
31.12.2016 14:43
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmrinə əsasən Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin (AREA) təşəbbüsü ilə yaradılmış "Alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsinin standartlaşdırılması” üzrə Texniki Komitənin (TK 18) yeni əsasnaməsi və strukturu təsdiq edilib. Bu barədə "Report”a Agentliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu addım Komitənin fəaliyyətinin təkmilləşdirilməsi, standartlaşdırma sahəsində aparılan işlərin təşkili və beynəlxalq təcrübəyə uyğunlaşdırılması, alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində milli səviyyədə standartların istifadə edilməsinin effektivliyinin artırılması, beynəlxalq və dövlətlərarası standartlaşdırma fəaliyyətində iştirakın təmin edilməsi məqsədi ilə atılıb.

Komitənin sədri vəzifəsinə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin müdiri Sənan Abbasov, sədr müavini vəzifəsinə Azərbaycan Texniki Universitetinin "Bərpa olunan enerji mənbələri, enerji maşınları və hidrodinamiki proseslərin tədqiqi” Elmi-Tədqiqat Laboratoriyasının aparıcı elmi işçisi, dosent, texniki elmlər namizədi Adilə Zeynalova, məsul katibi isə Dövlət Agentliyinin texniki tənzimləmə şöbəsinin böyük məsləhətçisi Cahid Mikayılov seçilib.

Bu Texniki Komitənin strukturuna Fövqəladə Hallar Nazirliyi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, AMEA-nın Radiasiya Problemləri İnstitutu, Fizika İnstitutu, "Azərişıq” ASC, "Sumqayıt Texnologiyalar Parkı” MMC və digər qurumların təmsilçiləri daxildir.

TK 18-in fəaliyyət istiqamətlərini alternativ və bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində beynəlxalq standartlara uyğun milli standartların layihələrinin hazırlanması və ekspertizasının təşkili, beynəlxalq və regional təşkilatların işində iştirak və milli standartlaşdırma sisteminə daxil olan sahə standartlarının təkmilləşdirilməsi təşkil edir.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol