“Bank Respublika”nın rəhbərliyi dəyişib

"Bank Respublika” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
ANN.Az xəbər verir ki, bu barədə Report-a Bankdan bildirilib.
Məlumata görə, bu vəzifəyə Asəf Namazov gətirilib. O, indiyə qədər "Bank Respublika”nın Müşahidə Şurasının (MŞ) üzvü olub.
Bundan əvvəl İH-yə rəhbərlik etmiş Xədicə Həsənova isə MŞ-ya üzv seçilib.
Xatırladaq ki, "Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 57,461 mln. manatdır. Bankın səhmdarları arasında 14 fiziki və 5 hüquqi şəxs, o cümlədən Almaniyanın "DEG" investisiya və "Sparkassen International Development Trust" şirkətləri var.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























