Bu yollarda avtobuslar üçün xüsusi zolaqlar ayrılır

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.
ANN.Az xəbər verir ki, məqsəd, Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır.
Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib.
İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























