• $
  • €
  • ₽
  • ₺
  • £

Böhran turizm sektoruna necə təsir etdi? - Şirkətlər AÇIQLADI

Böhran turizm sektoruna necə təsir etdi? - Şirkətlər AÇIQLADI
28.05.2020 22:33
Manatın dollara nisbətən ucuzlaşması, eləcə də, dünyada baş verən iqtisadi böhran digər sahələrə mənfi təsir etdiyi kimi turizm sektorundan da yan ötməyib.

Ekspertlərin fikrincə, dolların məzənnəsinin bahalaşmasından sonra xaricə səfər edən vətəndaşların sayı kəskin azalıb, amma buna baxmayaraq, digər ölkələrdən Azərbaycana gələn turistlərin sayı artıb. Bu, daxili turizmin inkişafına müsbət təsir edən amillərdəndir.

2016-cı ildə yaşanan böhran turizm sahəsinə necə təsir göstərdi?

ANN.Az məsələ ilə bağlı ölkədə fəaliyyət göstərən bir neçə turizm şirkəti ilə əlaqə saxlayıb.

"Atlas Travel” turizm şirkətinin direktoru Abbas Süleymanov ANN.Az-a açıqlamasında 2016-cı ilin şirkət üçün heç də müsbət il olmadığını bildirib: 

"Turizm məhsullarını xarici valyuta ilə əldə etdiyimiz üçün turların qiymətində artım var. Məsələn, bir neçə il bundan əvvəl 500 manatlıq bir paketi xaricdən alıb, öz müştərimizə əvvəlki kursla (1.05 manat) təklif edirdiksə, hazırda bu rəqəm 925 manata qədər artıb. Eyni tur paketinin bahalaşması təbii ki, müştəri sayının azalması ilə nəticələnəkdi və bu halda baş verdi. Qiymət artımı ilə bağlı bir çox kolleqa, şirkətlərlə və nazirliklə əməkdaşlıq edib alternativ  turzim məhsulları tapmağa başlaqdıq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə daha ucuz və başqa təkliflər üzərində planlar qurduq. 550-600 manat civarında eyni xidmətlər çərçivəsində turlar təşkil etməyə başladıq. Ancaq görülən işlərə baxmayaraq, müştərilən sayında 30-40% azalma müşahidə olunur. Hazırda köhnə müştərilərimizlə əməkdaşlıq edirik. Ümid edirik ki, bu ağır vəziyyət tezliklə düzələr”. 
 


"Son bir ildə xarici turistlərin Azərbaycana axını baş verdi. Bu, demək olar ki, paytaxt, eləcə də, bölgələrdəki bütün otellərin ilə tutulması ilə nəticələnib. Buna görə də, ölkədaxili turlarda qiymət artımı müşahidə olunmadı. Düzdür, daxili turlar yerli turistlər üçün çox bahalıdır, ancaq xarici vətəndaşlara görə normal səviyyədədir. Ölkədaxili turların qiymətlərində azalmaların olması ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə təkliflərimizi verib, otel rəhbərləri və digər şirkətlərlə danışıqlar aparmışıq. Çünki öz vətəndaşlarımızın da normal qiymətə ölkə daxilində istirahət etməyə haqqları var”, - deyə A.Süleymanov əlavə edib.  
 

"Buta Travel Baku” turizm şirkətinin markentinq şöbəsindən ANN.Az-a verilən məlumata görə, ötən il turizm sahəsində vəziyyət ürəkaçan olmayıb:

"Güzəştli kampaniyaların ləğv edilməsi və ya yenisinin yaradılması və s. gizli məsələlər olduğundan, ətraflı məlumat verə bilmərik. Ümumi iqtisadi vəziyyəti nəzərə alsaq, 2016-cı ildə vəziyyət heç də yaxşı olmayıb”.
 


"Baku Travel & Tourism” şirkətindən ANN.Az-a bildirilib ki, xaricdən alınan tur qiymətlərində dəyişilik yoxdur:

"Manatın digər valyutalara nisbətdə ucuzlaşması ölkədə avtomatik olaraq bu (turizm), eləcə də, digər sahələrdə (xaricdən alınan məhsulların) qiymətlərin artmasına gətirib çıxardı. Bu da öz növbəsində xaricə səfər edən müştərilərimizin sayında azalma ilə nəticələndi. Buna baxmayaraq, xaricdən ölkəmizə gələn turistlərin sayı digər illərlə müqayisədə artıb”.

"Böhran dövründə şirkət güzəştli tur kampaniyaları təşkil etməyib. Əvvəllər ay ərzində 10-15 tur paket satırdıqsa, indi maksimum 4-5 nəfərə sata bilirik. Ölkədaxili turlarda vəziyyət normaldır. Əvvəllər xaricə gedən vətəndaşlarımız böhranla əlaqədar ölkə daxilində istirahət etməyi seçirdilər. Çünki vətəndaş əvvəl 500 manata hansısa xarici ölkədə istirahət edə bilirdisə, indi o tur paketin qiyməti 1000 manata yaxındır. Bu səbəbdən də, yerli otelləri bron edib, ölkədə istirahət edirlər”, - deyə şirkətdən bildiriblər.     
 


Turizm şirkətlərinin verdikləri məlumata görə, ölkədaxili tur paketlərin qiymətlərinin baha olması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə təkliflər göndəriblər. Qiymətlərin yüksək olması ilə bağlı nazirliyin hansı işlər gördüyünü öyrənmək üçün əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.
 
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1.719.015 nəfərə çatıb. Bununla da, həmin göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə, 169.430 nəfər (10.9%) çox olub.
 
Məsələni diqqətdə saxlayacağıq.

Orxan Aslanlı
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol