İstanbul-Bakı reysləri ləğv edildi

"Türk Hava Yolları" (THY) aviaşirkəti bu gün səhər saatlarına olan İstanbul-Bakı və Bakı-İstanbul reyslərini ləğv edib.
ANN.Az Trend-ə əsasən məlumat verir ki, buna səbəb İstanbulda 4 gündən çoxdur davam edən əlverişsiz hava şəraitidir. "Azərbaycan Hava Yolları" QSC-dən isə Trend-ə bildiriblər ki, AZAL Bakı-İstanbul reysi üzrə bütün uçuşları yerinə yetirir.
Qarlı-şaxtalı hava ən çox "Türk Hava Yolları"na ziyan vurdu. Türkiyədə qarlı-şaxtalı hava şəraiti səbəbindən THY son 4 gündə İstanbul aeroportlarından mindən çox uçuşu ləğv edib.
Ümumilikdə "Türk Hava Yolları"nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























