• $
  • €
  • ₽
  • ₺
  • £

Banklar xaricdən dollarla köçürülən vəsaitləri sahiblərinə qaytarmır – VİDEO

Banklar xaricdən dollarla köçürülən vəsaitləri sahiblərinə qaytarmır – VİDEO
10.01.2017 14:28
Dollarla bağlı daha bir problem ortaya çıxıb.
 
ANN.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Dollar satmayan banklar xaricdən köçürülən amerika valyutası ilə olan vəsaiti də sahibinə ödəməkdən boyun qaçırırlar.

Belə ki, bu hadisə Gəncə sakini İradə Quliyevanın başına gəlib. Rusiyada yaşayan iki oğlu, mütəmadi olaraq analarına pul göndərirlər. Lakin qadın son bir neçə aydır ki, dollarla göndərilən pulları bankdan götürə bilmir.

İ.Quliyeva Gəncədə yerləşən bir çox bankda eyni mənzərənin müşahidə olunduğunu deyir. 

Onun sözlərinə görə, bankların bu cür addım atması insanların pulunu göz görə-görə mənimsəməkdən başqa bir şey deyil. 

Ekspert Anar Ramazanov bildirir ki, bankların belə addım atmasına səbəb dollar qıtlığının yaranmasıdır. Ancaq bu heç də banka pul köçürmələri ilə bağlı öhdəliyini icra etməmək səlahiyyəti vermir. 

Bankın həmin qadına qarşı etdiyi açıq-aydın bank qanunvericiliyinin tələblərinin pozulmasıdır. Mütəxəssisin sözlərinə görə, əgər hansısa vətəndaş xarici ölkədən göndərilən pulu bankdan ala bilmirsə, bu zaman Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edərək öz hüququnu bərpa edə bilər.

Onu da qeyd edək ki, banklar hansı beynəlxalq pul köçürmə şirkətləri ilə müqavilə bağlayıblarsa, deməli, pul vəsaitinin göndərilən valyutada çatdırılmasına dair öhdəlik götürüblər.

ANN.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol