• $
  • €
  • ₽
  • ₺
  • £

Maşın bazarında qiymətlər qalxdı

Maşın bazarında qiymətlər qalxdı
11.01.2017 09:00
"Hazırda Azərbaycanda maşın bazarında vəziyyət qeyri-dinamikdir. Bazarda alqı-satqı əməliyyatlarının sayı kəskin şəkildə azalıb”.

Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, əsas səbəblərdən biri bu sahədə fəaliyyət göstərən kiçik və orta sahibkarların problemləri ilə bağlıdır:

"Faktiki olaraq onlar bazara çıxarmağa maşın tapmırlar. Əvvəllər Gürcüstan vasitəsilə Azərbaycana avtomobil idxalı böyük idi, amma indi avrostandartların tətbiqi, banklar tərəfindən kreditlərin verilməməsi və digər səbəblərdən Gürcüstandan avtomobil idxalı xeyli azalıb. İdxal azaldıqca, təklif də azalır. Bu da təbii ki, daha ucuz avtomobillərə tələbatı artırır və qiymət artımına səbəb olur”.

R.Osmanlının sözlərinə görə, Azərbaycana idxal edilən yeni avtomobillərin qiymətində dollar-manat münasibətlərindən irəli gələn artım baş verir: "Bu təbii ki, təkrar avtomobil bazarına da təsir göstərir və köhnə avtomobillərin qiyməti artır”.

Mərkəz direktoru qeyd edib ki, 2016-cı il ərzində yeni avtomobillərin qiymətində təqribən 15 faizə qədər artım baş verib: "Köhnə avtomobillərin qiymətində artım isə avtomobilin dəyərindən asılı olaraq təqribən 10-15 faiz arası dəyişir”.

Ekspert bildirib ki, bu il ərzində də avtomobillərin qiymətində artımın müşahidə ediləcəyi ehtimalı var: "Bu gün hələ də dolların qiymətində artım müşahidə edilir. Bu baxımdan idxal olunan yeni avtomobillərin qiyməti artacaq. Yeni avtomobillərin qiymətində müşahidə olunan artım köhnə avtomobillərin də qiymətinə təsir göstərəcək”.
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol