Neft Fondunun ötən il hərraca çıxardığı dolların məbləği – CƏDVƏL

Dövlət Neft Fondunun (SOFAZ) 2016-cı ildə valyuta hərraclarına çıxardığı dollar kütləsinin ümumi həcmi məlum olub.
Ötən il Fond valyuta hərraclarına 4 milyard 881 milyon dollar çıxarıb. İl ərzində ən çox dollar satışı isə sentyabrda olub - 631,1 milyon dollar.
SOFAZ-ın dövlət büdcəsinə transfertləri 4,6 milyard dollar təşkil edib. Göründüyü kimi, Fond büdcə öhdəliklərindən əlavə hərraca dollar çıxarıb.Neft Fondu bunu əlavə xərclərinin olması və bəzi layihələrlə bağlı öhdəlikləri ilə əlaqələndirib.
Qeyd edək ki, 2016-ci ilin yekunlarına görə, Neft Fondunun 2 milyard manatdan artıq vəsaiti Azərbaycan Mərkəzi Bankındakı (AMB) manat hesabında, illik 4,99% ilə saxlanılır.
|
2016 |
Milyon ABŞ dolları |
|
Yanvar |
593,8 |
|
Fevral |
177,5 |
|
Mart |
482,3 |
|
Aprel |
303,4 |
|
May |
431,2 |
|
İyun |
449,9 |
|
İyul |
449,2 |
|
Avqust |
444,4 |
|
Sentyabr |
631,1 |
|
Oktyabr |
371,0 |
|
Noyabr |
301,5 |
|
Dekabr |
246 |
|
Cəmi |
4 881 |
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























