Hərracda tələb təklifi 2 dəfə üstələdi

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 5 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının (50100253S) yerləşdirilməsi üzrə hərrac keçirilib.
ANN.Az BBF-nin rəsmi saytına istinadən xəbər verir ki, hərraca iki investor tərəfindən iki sifariş təqdim edilib.
Sifarişlərin nominal üzrə ümumi məbləği 10 mln. manat olub. Sifarişlər 98,8475 manat (14,9906%)-99,0749 manat (12,0052%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və ortaölçülmüş qiymətini 99,0749 manat (12,0052%) olmaqla AMB müəyyən edib. Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5 mln. manat olub.
Qeyd edək ki, qiymətli kağızların ödəmə tarixi 8 fevral 2017-ci ildir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























