• $
  • €
  • ₽
  • ₺
  • £

Bazarlarda müştəri çatışmazlığı

Bazarlarda müştəri çatışmazlığı
12.01.2017 12:57
Bakı bazarlarında piştaxtaların sayı demək olar, hər gün azalır. Əhalinin alıcılıq qabiliyyəti aşağı olduğuna görə, satıcılara piştaxta kirayələmək sərfəli deyil. 

ANN.Az məsələ ilə bağlı paytaxtda fəaliyyət göstərən bir sıra bazarla əlaqə saxlayıb.
 
"Təzə Bazar” ASC-nin mühasibi bildirib ki, ahalinin alıcılıq qabiliyyətinin azaldıqca, satıcıların sayında azalma müşahidə edilir:

"Müştəri olmadığına görə, satıcılar da hər gün kirayə vermək istəmirlər. Buna görə də, satıcıların piştaxtaların sayı azdır”.

Oxşar hal "Nəsimi bazarı”nda da müşahidə edilir. Bazar satıcılarından biri ANN.az-a alıcılıq qabiliyyətinin aşağı olmasının səbəbini qiymət artımı ilə əlaqələndirib: 

"Alıcıların sayı günbəgün azalır. Əgər əvvəllər gün ərzində bazara minlərlə alıcı gəlirdisə, indi bu rəqəm təxminən, on dəfə azalıb. Bazarda satıcı alıcıdan çoxdur. Daimi müştərisi olan satıcılar al-ver edə bilir, digərləri isə demək olar ki, tamamilə satışı dayandırıblar".

Eyni vəziyyətlə Bakının "Montin bazarı” və digər bazarlarda da qarşılaşdıq.

"Suraxanı Bazarı” isə bağlanma təhlükəsi ilə üz-üzədir. Mətbuatda yayılan məlumatlara görə, "Suraxanı Bazar" ASC-nin səhmdarlarından biri Sabir Məmmədov bazarın  müflis olmasının elan edilməsilə əlaqədar Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Eyni zamanda, məlumatlarda 16 illik fəaliyyəti dövründə qurumun səhmdarlarına heç bir divident vermədiyi də qeyd olunub.

Suraxanı rayon İcra Hakimiyyətindən АNN.Az-a bildirilib ki, bazar hələ ki, fəaliyyətini davam etdirir.

Əhalinin gündəlik qidalara olan tələbatını ödəmək üçün Kənd Təsərrüfatı Nazirliyi paytaxtın bir neçə rayonunda yarmarkalar təşkil edir.

"Yarmarkalar hər həftənin şənbə və bazar günləri təşkil edilir. Dekabrın 24-dən dekabrın 31-dək Bakının 5 rayonunda, eləcə də, Sumqayıtda iki ərazidə belə yarmarkalar təşkil olunub. Yarmarkaların sayı ötən illə müqayisədə artırılıb", - deyə, ANN.Az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib

Vüsal Əzizov
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol