Xarici valyutanın ölkədən çıxaranlar tutuldu– FOTO

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Samur” gömrük postunda ölkəmizdən Rusiya istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat xidmətindən ANN.Az-a verilən məlumata görə, yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməyib, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























