QATAR AIRWAYS 2017-ci il üçün özünün ən böyük Səyahət Festivalına başlayıb!

Qatar
Airways Səyahət Festivalı
2017-ci ildə daha yaxşı təkliflərlə geri döndü. Artıq müştərilər qlobal
şəbəkəmiz boyunca bir çox yerləri kəşf etmək üçün əla təkliflərdən faydalana
biləcəklər. Bu təkliflər 9-16 yanvar
tarixləri arası Dünyanın Ən Yaxşı Biznes Sinfi* habelə ekonom sinifdə keçərli
olub müştərilərə xüsusi qiymət endirimi, yoldaş endirimi, qrup endirimi** və
uşaqlar pulsuz uçur tariflərindən faydalanmaq şansı yaradır.
Qatar Airways müştəriləri 2017-ci ildə
dünyanın fərqli şəhərlərini kəşf etməyə başlaya bilərlər. Yeni istiqamətlərimiz
arasında Yeni Zealandiyada Auckland, Avstraliyada Kanberra, İrlandiyada Dublin,
Amerika Birləşmiş Ştatlarında Las Vegas, Braziliyada Rio de Janeiro, Çilidə
Santiago və.s kimi şəhərlər var. Bu inanılmaz təkliflər 11 Yanvar – 15 Dekabr
2017 tarixləri arası səyahət üçün ekonom və biznes sinifdə gediş-dönüşlü
biletlərə şamil edilir və Asiya, Avropa, Afrika, Amerika, Sinay Yarımadası və.s
boyunca Qatar Airways-in150-dən çox istiqamətinə şamil edilir.
Müştərilər New Yorku cəmi 646 AZN-dən
başlayan qiymətə kəşf edə, Maldivdə bitməz yayın dadını çıxarmaq üçün Maleyə
982 AZN-ə səyahət edə və ya heç bir yerdə olmayan qədər unikal ərəb
mədəniyyətini görmək üçün Dubaya 429 AZN-ə səfərə çıxa bilərlər. Müştərilər bu
və digər əla təkliflərdən faydalanmaq üçün qatarairways.com saytına daxil ola
və ya Qatar Airways satış ofisləri ilə əlaqə saxlaya bilərlər.
İlk Səyahət Festivalı təşkilindən bu günə
qədər ilk dəfə, Qatar Airways dünyanın aparıcı maliyyə xidməti şirkəti olan
Visa ilə əməkdaşlıq edərək, Visa kart sahiblərinə uçuşlarda əlavə 15%-dək
endirim təklif etmişdir. Bundan başqa müştərilər Qatar Airways-in AccorHotels-lə
olan əməkdaşlığından faydalanaraq havayolu şirkətinin saytında edilən otel bronlarına
10% endirim əldə etməklə yanaşı Expedia üzərindən birlikdə edilən hava yolu və
otel rezervasiyalarına əla qiymət endirimi əldə edəcəklər.
Qatar Airways-in Baş Kommersiya Meneceri Dr.
Hugh Dunleavy-nin dediyi kimi: "Qısa müddət ərzində qlobal səviyyədə tanınan və
səbirsizliklə gözlənilən Qatar Airways Səyahət Festivalı müştəriləri dünyanı
kəşf etməyə həvəsləndirən bir kampaniyadır və biz bu gün sözükeçən kampaniyanı
sayca üçüncü dəfə həyata keçirdiyimiz üçün qürur hiss yaşayırıq. Yeni il
səyahət planları haqqında düşünmək üçün əla vaxtdır və biz bir sıra maraqlı
təkliflərlə bu planların bir hissəsi olmağa can atırıq.”
"Müştərilərimiz həmçinin qrup
rezervasiyalarına olan özəl endirimlərdən faydalanma şansı qazanacaqlar, çünki
bu festivalın əsas məqsədi insanlara unudulmaz anlar yaşadan səyahətləri həyata
keçirməyə imkan yaratmaqdır.”
Qatar Airways Səyahət Festivalından
faydalanan müştərilər 2 səyahəti birləşdirib Dohaya səfər edə bilərlər. Yeni
tranzit vizası ilə müştərilər Dohaya pulsuz tranzit vizası əldə edib 96 saata
qədər orada qala bilərlər. Dohaya onun tarixi yerlərini görmək, beş ulduzlu alış-veriş
mərkəzləri və istirahət guşələrinin dadını çıxarmaq üçün Qatar Airways
müştərisi olmağa dəyməzmi?!
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























