• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-ın “Qayğıkeş anası” hər kəsin qeydinə qalacaq

AccessBank-ın “Qayğıkeş anası” hər kəsin qeydinə qalacaq
13.01.2017 17:48
AccessBank Azərbaycan əhalisinin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün kreativ yanaşma və müasir reklam texnologiyalarından istifadə edir

Müasir dünyanın sürətli tempini azaltmaq mümkün deyil, lakin işlərə yanaşmanı və həyata münasibəti dəyişmək olar. Bu çağırışla AccessBank "Qayğıkeş ana" adlı yeni layihəsində hamıya müraciət edib. Bu layihə çərçivəsində hər kəsin qeydinə qalan və həqiqi ana kimi qayğıkeş olan virtual ana yaradılıb.

AccessBank hər kəsi internet səhifələrində, virtual oyunlarda və hətta şəhərimizin küçələrində rastlaşa biləcəyiniz qayğıkeş ananın məsləhətlərinə diqqət yetirməyə çağırır.

Siz qayğıkeş ananı şəhərin ən gediş-gəlişli küçələrində, icazə verilməyən yerlərdə insanların yolu keçdikləri ərazilərdə yerləşən reklam lövhələrində görə bilərsiniz.



Səhərlər internetdə qayğıkeş ana sizi daha isti geyinməyə, eləcə də suyu, qazı və işığı söndürməyi unutmamağa çağıracaq.



Nahar vaxtı ana düzgün qidalanmağı xatırladacaq.

Qayğıkeş ana sizi həmçinin pulu qənaətlə xərcləməyə çağıracaq.

Əgər siz yatmazdan əvvəl mobil oyunlar oynamaq həvəskarısınızsa, ana gecə saat 12-səhər saat 5 arasında mobil reklam vasitəsilə oyunlarda peyda olub oyunu dayandırıb yatmağınızı tələb edəcək.

Ən maraqlısı odur ki, 25 yaşdan yuxarı subay kişilər Facebook və Instagram-da ananın ənənəvi sualını görəcəklər.

İstifadəçilər internetdə və mobil cihazlarda reklamın üzərinə klikləməklə həyat keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək ananın məsləhətlərini oxuya biləcəklər. Əgər siz artıq ananın məsləhətlərini dinləməyə hazırsınızsa, Qayğıkeş Ana saytına daxil olub ananın sözlərini dinləməklə öz həyatınızı yaxşılığa doğru dəyişin.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol