Aksiz markası olmayan spirtli içkilər aşkarlandı

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz Vito” markalı nəqliyyat vasitəsi Tovuz rayonu ərazisində saxlanılıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən ANN.Az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsində avtomobilə baxış keçirilib, nəqliyyat vasitəsindən Azərbaycanın aksiz markası ilə markalanmamış 406 ədəd spirtli içkilər aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























