• $
  • €
  • ₽
  • ₺
  • £

Beynəlxalq Bankda yeni təyinat

Beynəlxalq Bankda yeni təyinat
16.01.2017 13:03
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının toplantısı keçirilib. 

Bankdan oxu.az-a verilən məlumata görə, toplantıda Bankın İdarə Heyətinə yeni üzvün qəbulu və onun İdarə Heyəti sədrinin 1-ci müavini vəzifəsinə təyinatı məsələsinə baxılıb. 

Abbas Məmmədəli oğlu İbrahimov ABB-nin İdarə Heyətinin üzvü və İdarə Heyəti sədrinin1-ci müavini vəzifəsinə təyin edilib.

Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr, 2003-2005-ci illərdə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə (maliyyə istiqaməti) magistr dərəcəsi alıb.

 Bank-maliyyə sektorunda fəaliyyətə 2005-ci ildə "Bank of Baku” ASC-də Tədqiqat və inkişaf departamentinin mütəxəssisi kimi başlayıb. Ayrı-ayrı vaxtlarda Ödəniş kartları bölməsinin rəhbəri, Məhsulların yaradılması və idarə edilməsi departamentinin direktoru, Bankın İdarə Heyəti sədrinin müavini olub. Son təyinata qədər "Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 

"Xalid Əhədovun rəhbərlik etdiyi Azərbaycan Beynəlxalq Bankının yeni üzvlərlə gücləndirilmiş peşəkar idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər xərclərin optimallaşdırılması, restrukturizasiya tədbirlərinin həyata keçirilməsi hesabına fəaliyyətin effektivliyinə qısa zamanda nail olmaq, ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq
Fərmanında qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirməkdir”, - deyə bankın açıqlamasında qeyd edilib.



www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol