• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq

Bu gün TANAP-la bağlı kredit sazişi imzalanacaq
16.01.2017 13:39
Bu gün Dünya Bankının (DB) Cənubi Qafqaz regionu üzrə direktoru Mersi Tembonun (Mercy Tembon) Azərbaycana səfəri başlayıb.
 
ANN.Az Report-a istinadən xəbər ki, M.Tembonun səfəri sabah bitəcək.
 
Bank rəsmisi Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi üzrə ayrılan kreditlə bağlı Azərbaycan hökuməti ilə müvafiq sazişi imzalamaq üçün Bakıya gəlib.
 
Hökumətdəki mənbələrdən isə "Report"a bildirlib ki, saziş bu gün imzalanacaq. Sənədi WB tərəfindən M.Tembon, Azərbaycan tərəfindən "Cənub Qaz Dəhlizi” (SGC) QSC-nin baş direktoru Əfqan İsayev (benefisiar) və maliyyə naziri Samir Şərifov (zəmanətçi) imzalayacaqlar.
 
Qeyd edək ki, 2016-cı il dekabrın 20-də Dünya Bankı Direktorlar Şurasının qərarı ilə TANAP-a 800 mln. dollarlıq kredit ayrılıb və bunun 400 mln. dollarını Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" QSC (SGC), digər 400 mln. dollarını isə Türkiyə dövlətinin zəmanəti ilə bu ölkənin BOTAŞ şirkəti alacaq.
 
Xatırladaq ki, WB-nin Çoxtərəfli İnvestisiya Təminatı Agentliyi (MIGA - Multilateral Investment Guarantee Agency) Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə ayrılan investisiyalar üzrə 1,2 mlrd. ABŞ dolları dəyərində zəmanətini təsdiq edib. MIGA-nın bu zəmanəti TANAP-a digər maliyyə mənbələrindən cəlb edilən kredit resurslarının ucuzlaşmasına imkan verəcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol