• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan bu ölkə ilə avtobus reyslərinin sayı artıracaq

Azərbaycan bu ölkə ilə avtobus reyslərinin sayı artıracaq
16.01.2017 13:50
Rusiya ilə Azərbaycan arasında müntəzəm sərnişin avtobus reyslərinin sayı artırıla bilər.
 
ANN.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
 
"Hazırda Azərbaycan ilə Rusiya arasında 7 beynəlxalq sərnişindaşıma marşrutu fəaliyyət göstərir. Sərnişin daşımalarının coğrafiyasının genişləndirilməsi və marşrutların sayının artırılması məqsədilə hazırda sərnişin axınının vəziyyəti öyrənilir", - deyə Ş.Mehmanqızı əlavə edib.
 
Ş.Mehmanqızının sözlərinə görə, Bakı-Kazan (Tatarıstan) marşrutu ilə sərnişin daşınması xidmətlərinin göstərilməsinə dair məsələ də həllini tapıb:
 
"Rusiya tərəfi bu istiqamətdə icazə müddətinin bərpasını təmin edib, hazırda marşrut fəaliyyət göstərir".
 
Xatırladaq ki, ötən il Bakıda keçirilən Rusiya-Azərbaycan Qarışıq Komissiyasının iclasında Rusiya tərəfi Bakı-Kazan marşrutu ilə sərnişin daşınması xidmətlərinin göstərilməsinə dair icazənin müddətinin bitdiyini və böyük tələbat olan istiqamət üzrə sərnişin daşımalarının yenidən bərpası üçün icazə müddətinin tezliklə bərpa olunmasını təklif etmişdir.
 
Qeyd edək ki, Rusiya və Azərbaycan ümumilikdə müntəzəm sərnişin avtobus reyslərinin sayını 15-ə çatdırmağı hədəfləyir.
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol