• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Dünya Bankı ilə kredit sazişi imzaladı

Azərbaycan Dünya Bankı ilə kredit sazişi imzaladı
16.01.2017 17:36
Azərbaycan hökuməti, "Cənub Qaz Dəhlizi” QSC (CQD) və Dünya Bankı bu gün Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin dəstəklənməsi məqsədilə CQD-yə 400 mln. ABŞ dolları məbləğində kreditin ayrılması üçün hüquqi sənədləri imzalayıblar.
 
Dünya Bankından "APA-Economics”ə verilən məlumata görə, layihə çərçivəsində Azərbaycanın qaz ixrac bazarlarının diversifikasiyası və Türkiyə və Cənub-Şərqi Avropanın enerji təchizatının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycanın "Şahdəniz” qaz yatağından təbii qazın Türkiyəyə və bu ölkədən keçərək Avropaya nəqli həyata keçiriləcək. 
 
Bu layihə TANAP-dan başqa, Azərbaycanda "Şahdəniz 2” qaz yatağının istismarı, Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan və Gürcüstandan keçərək Türkiyəyə qədər genişləndirilməsi, eləcə də qazı Yunanıstan və Albaniya ərazisindən və Adriatik dənizinin altından keçərək Cənubi İtaliyaya çatdıracaq Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisini nəzərdə tutan Cənub Qaz Dəhlizi Proqramının tərkib hissəsidir. Proqramda iştirak edən bütün ölkələr üçün Cənub Qaz Dəhlizinin vacibliyini nəzərə alaraq, bir sıra beynəlxalq maliyyə institutları, o cümlədən layihəni Dünya Bankı ilə birgə maliyyələşdirən Asiya İnfrastruktur İnvestisiya Bankı bu Proqramı dəstəkləyir.
 
Layihə çərçivəsində TANAP boru kəməri sistemində infrastruktur investisiyaları maliyyələşdiriləcək. Uzunluğu 1850 km olan TANAP ümumi uzunluğu 3500 km olan və Azərbaycandan İtaliyaya boru kəməri sistemini ehtiva edən "Cənub Qaz Dəhlizi”nin yarıdan çoxunu təşkil edir. TANAP Türkiyə və Gürcüstanın sərhədindən başlayacaq, Türkiyədən keçməklə şərqdən qərbə doğru uzanaraq Yunanıstan sərhədində qazı Avropa bazarlarına çatdıracaq TAP-la birləşəcək. 
 
"Biz bu gün Dünya Bankı və Azərbaycanın layihə heyətlərinin aylar ərzində gərgin işinin kulminasiyası olaraq TANAP üzrə hüquqi sazişləri imzalamaqdan məmnunuq.” -  Dünya Bankının Cənubi Qafqaz üzrə Regional direktoru Mercy Tembon demişdir, - "Biz əminik ki, bu Layihə ölkənin regional ticarətdə rolunu və rəqabət qabiliyyətini gücləndirmək və ixracını genişləndirməklə Azərbaycan xalqına çoxlu fayda gətirəcək”. 
 
Azərbaycanda "Şahdəniz 2” qaz yatağı ildə 16 mlrd. kubmetr qazın istehsalı üçün işlənilməkdədir. Qaz hasilatı və nəqlindən əldə olunacaq gəlirlər ölkə və onun vətəndaşları üçün əhəmiyyətli olacaq. Layihə Bankın Azərbaycanla tərəfdaşlığının strateji məqsədlərinə nail olunmasına töhfə verəcək, xüsusilə Azərbaycanın nəqliyyat bağlantıları və tranzit sahəsində rolunu gücləndirərək, eləcə də ixracını artıraraq ölkənin regional və Avropa enerji bazarlarına inteqrasiyası və  iqtisadi rəqabət qabiliyyətinin artırılmasını dəstəkləyəcək.   

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol