• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR-dan qəzada həlak olmuş neftçilərin ailələrinə maddi yardım

SOCAR-dan qəzada həlak olmuş neftçilərin ailələrinə maddi yardım
16.01.2017 20:16
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il dekabrın 15-də N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində dünyasını dəyişmiş və itkin düşmüş şəxslərin ailələrinə maddi yardım göstərilməsi ilə bağlı məlumat yayıb. 

"Report" SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə 10 neftçi ailəsinə maddi yardım göstərilib.

Məlumatda deyilir ki, qəza nəticəsində itkin düşənlərin ailələrinə iki dəfə olmaqla 9 ailəyə hər dəfə min manat olmaqla ümumilikdə 2 000 manat maddi yardım göstərilib. Vəfat etmiş İlham Qafarovun ailəsinə isə 3 000 manat maddi yardım verilib: "SOCAR-ın 28.12.2016-cı il tarixli sərəncamına əsasən, hər bir ailəyə 5 000 manat maddi yardım göstərilib. Bundan əlavə, ANQSİHİRK tərəfindən hər bir ailəyə 1000 manat, N.Nərimanov adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən 500 manat məbləğində maddi yardım göstərilib. Eyni zamanda, Hacəliyev Həsənağa Hüseynağa oğlunun 2013-cü ildə Sahil qəsəbəsində "Neftçi” MTK-dan götürülmüş mənzilə olan 31 840 AZN məbləğində (15.12.2016-cı il tarixə) borcun "Xalq Bank" ASC-yə ödənilməsi nəzərdə tutulur. 

Bundan başqa, vəfat edənlərdən Abasov Ramiz Qulu oğlunun 2 övladı, Əsədov Samir Atabala oğlunun 3 övladı, Zülfüqarov Güloğlan Hacıbala oğlunun 3 övladı, Zülfüqarov Azay Hacıbala oğlunun 2 övladı, ümumilikdə 10 nəfər uşağın N.Nərimanov adına NQÇİ tərəfindən himayəyə götürülməsi nəzərdə tutulur, yəni onlara hər ay minimum əmək haqqının 2,5 misli – hazırda 262,5 manat veriləcək. İtkin düşənlərdən bəzilərin ailə üzvləri SOCAR tərəfindən işlə təmin edilib".

"Keçən il də təbii fəlakət qurbanlarına həmçinin əlavə yardım kimi 15 000 manat Nazirlər Kabinetinin qərarı ilə verilib, habelə 26 nəfər üzrə sığorta ödənişləri orta hesabla 52 000 manat civarında olub. Dekabrın 15-də baş vermiş fəlakətdə itkin düşənlərin ailələrinə də təqribən bu həcmdə əlavə müavinətlərin verilməsi gözlənilir" - məlumatda qeyd olunub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol