• $
  • €
  • ₽
  • ₺
  • £

8 bankın vergi borcları silindi

8 bankın vergi borcları silindi
17.01.2017 10:59
Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
 
Siyahıda 8 bankın adına rast gəlmək mümkündür ki, onlardan cəmi 7-si fəaliyyətini dayandırıb və ya ləğv prosesindədir, 1-i isə fəaliyyətini davam etdirir.
 
Beləliklə, "Atabank" ASC-nin 46 min 401,7 manat məbləğində qeyd-şərtsiz silinmiş faiz və maliyyə sanksiyası üzrə borcu silinib.
 
Bundan başqa, ləğv prosesində olan "Atrabank", "DebütBank", "Texnikabank" və "Evrobank"ın müvafiq olaraq 852 manat, 27 min 283,3 manat, 522 min 291,8 manat və 28,8 manat borcunun silinməsi təmin edilib. Həmçinin, fəaliyyətini dayandırmış "Birlikbank", "Bank Standard" və "Yunayted Kredit Bank"ın müvafiq olaraq 91 min 224,3 manat, 16 min 574 manat və 8 min 116,9 manat məbləğində borcu silinib.
 
Banklarla yanaşı, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının borclarının silinməsi də təmin edilib. Belə ki, "Finex Kredit" ASC-nin 6 min 70,2
manat, "RHM Finance" MMC-nin 495 manat, "Ağan" MMC-nin 1 min 146,7 manat, ləğvetmə prosesində olan "Birlik Kredit İttifaqı" MMC-nin 1 min 154,3 manat, "Tatyan - Kredit İttifaqı" MMC-nin 4 min 780,7 manat, "İlham Kredit İttifaqı" MMC-nin 12 min 326 manat, "Mikrokredit" MMC-nin 1 min 116,9 manat məbləğində borcu silinib. //APA-Economics

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol