• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Beynəlxalq Bankında daha bir təyinat

Azərbaycan Beynəlxalq Bankında daha bir təyinat
17.01.2017 11:45
"Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) rəhbərliyində daha bir dəyişiklik baş verib. ABB-dən "Report"a verilən məlumata görə, Bankın yeni formalaşan peşəkar idarəetmə komandasına Cəlal Orucov da qoşulub.
 
O, ABB-nin baş texnologiya inzibatçısı vəzifəsinə təyin edilib. Bank texnologiyaları, eləcə də kart prosessinq sahəsində böyük təcrübəyə malik C.Orucov ABB-də elektron bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsinin məzunu olan C.Orucov müxtəlif vaxtlarda Azərbaycan Mərkəzi Bankında və digər maliyyə qurumlarında fəaliyyət göstərib. "MilliKart" Prosessinq Mərkəzinin 2006-cı ildən icraçı direktoru olub. ABB-dəki son təyinata qədər isə "Unibank"ın texnologiyalar üzrə direktoru vəzifəsində çalışıb.
 
Xatırladaq ki, səhmdarların yanvarın 10-da keçirilmiş növbədənkənar ümumi yığıncağında ABB-nin İdarə Heyətinin sədri də dəyişib. Bu vəzifəyə Xalid Əhədov təyin olunub. Regionun maliyyə bazarında 25 ildir ki, mövcud olan ABB-nin yeni menecmentinin əsas hədəfləri xərclərin optimallaşdırılmasına, restrukturizasiya hesabına fəaliyyətin effektivliyinə nail olmaq, həmçinin ABB-nin sağlamlaşdırılması prosesini bu il uğurla başa çatdırmaqdan ibarətdir.
 
Artıq yeni rəhbərlik tərəfindən bu istiqamətdə intensiv addımlar atılmaqdadır.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol