• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qurumlarının vergi borcları silindi

Dövlət qurumlarının vergi borcları silindi
17.01.2017 14:10
Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.
 
Siyahıda bir sıra dövlət qurumlarının adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, Nəqliyyat Nazirliyinin 1 mln. 998 min 41,8 manat, Gənclər və İdman Nazirliyinin 4 mln. 175 min 386,4 manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 158 min 688,8 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 mln. 145 min 408,7 manat, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 218 min 746 manat məbləğində borcu silinib. Topamda adıçəkilən qurumların 21 mln. 696 min 271,7 manat məbləğində borcunun silinməsi təmin olunub.
 
Bununla yanaşı, "Azərsu" ASC-nin 13 mln. 692 min 457,9 manat, "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin 6 mln. 426 min 555 manat, "Azərkosmos" QSC-nin 864 min 727 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 542 min 246,9 manat, "İmişli Regional Elektrik Şəbəkəsi" MMC-nin 2 mln. 726 min 348,3 manat, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyasının 14 min 475,1 manat məbləğində borcu silinib.
 
Müdafiə Sənayesi Nazirliyi "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin 102 min 250,6 manat, "Sosial Xidmətlər İdarəsi" MMC-nin 232 min 231,3 manat, "Azon Zavodu" MMC-nin 1 mln. 365 min 784,5 manat, Müdafiə Sənayesi Nazirliyi "Təhlükəsizlik və Mühafizə İdarəsi" MMC-nin 776 min 704,7 manat, "Cihaz İstehsalat Birliyi" MMC-nin "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin 23 min 37,1 manat, "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-nin 2 mln. 951 min 746,4 manat, "Bakı Cihazqayırma Zavodu" MMC-nin 950 min 51,8 manat, "Radioquraşdırma Zavodu" MMC-nin 1 mln. 123 min 952,6 manat məbləğində borcunun silinməsi də təmin olunub. //APA-Economics

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol