"Mənzil bazarında qiymət azalmaları davam edəcək" - Ekspert

"Əmlak bazarında, eləcə də, inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər".
ANN.Az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov məlumat verib.
Ekspertin sözlərinə görə, real tələb və təklifə əsasən, qiymət azalmaları proqnozlaşdırılır:
"Amma bəziləri cəmiyyətə qiymət artımlarının olacağını təlqin etməyə və bununla da süni tələb yaratmağa çalışırlar. Məqsəd sadədir: qiymət artımlarından ehtiyatlanan potensial alıcı daha qısa zamanda mənzil almağa çalışacaq və bir tərəfədən vətəndaş yüksək qiymətə mənzil alacaq.
Digər tərəfdən, süni tələb yeni qiymət artımlarına yol açacaq. Əvvəllər də qeyd edildiyi kimi əmlak bazarında, eləcə də, inşaat sektorunda durğunluq manatın bazar dəyəri formalaşdırıldıqdan sonra aradan qalxa bilər. Bu isə o deməkdir ki, bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmaları davam edəcək”.
Şəbnəm Cavadzadə
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























