• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik: "Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - ÖZƏL

Nazirlik: "Dollarla vergi ödəyənlərə güzəşt edilməyəcək" - ÖZƏL
29.05.2020 08:00
Vergilər Nazirliyi ölkədə xarici valyuta ilə vergi ödəyənləri açıqlayıb.

Nazirliyin Aparat rəhbəri, vergi xidməti müşaviri Ağasəməd Əfəndiyev ANN.Az-ın sorğusuna cavab olaraq bildirib ki, vergi məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində vergilər Azərbaycanın pul vahidi olan manatla hesablanır və ödənilir:

"Məcəllənin 2.4-cü maddəsinə əsasən, bəzi hallar istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz. Bu istisnalardan biri kimi Vergi Məcəlləsinin 2.4.6-cı maddəsində hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar göstərilir. Həmin sazişlərdə vergilərin hesablanması və ödənilməsi, habelə uçotun xarici valyuta ilə aparılması öz əksini tapıb".

"Bu sazişlər çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənişlər xarici valyuta ilə aparılır və qanunvericilikdə valyutanın məzənnəsinin dəyişməsi və ya digər səbəbdən belə vergi ödəyicilərinə hansısa güzəştin verilməsi nəzərdə tutulmayıb", - deyə A.Əfəndiyev əlavə edib.

Orxan Aslanlı
 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol