• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 4%-lik iqtisadi geriləmə olub

Azərbaycanda 4%-lik iqtisadi geriləmə olub
18.01.2017 12:45
Ötən il Azərbaycanda ölkə rezidentləri tərəfindən 59 987,7 mln. manatlıq və ya 2015-ci ildəkindən 3,8% az ümumi daxili məhsul istehsal edilib.

Report-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, azalmanın əsas səbəbi tikinti sektorunda əlavə dəyərin 2015-ci ilə nisbətən 27,6% azalması olub.

Eyni zamanda, bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 4,5%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,6%, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,5%, sənayedə 0,4%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində isə 0,1% artıb.

Keçən il sənayedə 22 434,5 mln. manatlıq, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 6 152,2 mln. manatlıq, tikintidə 6 004,4 mln. manatlıq, nəqliyyat və anbar təsərrüfatı sahələrində 4 102,4 mln. manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 3 369,6 mln. manatlıq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 1 436,3 mln. manatlıq, informasiya və rabitə sahələrində 1 060,2 mln. manatlıq əlavə dəyər yaradılıb.

ÜDM–in 10 836,9 mln. manatı iqtisadiyyatın digər sahələrində istehsal edilib, məhsula və idxala xalis vergilər 4 591,2 mln. manat təşkil edib.

Hesabat ilində ümumi daxili məhsulun 39 403,1 mln. manatı, yəni 65,7%-i iqtisadiyyatın qeyri-neft sahələri, 34,3%-i (20 584,6 mln. manatı) isə neft-qaz sektorunun payına düşüb.

ÜDM-in əhalinin hər nəfərinə düşən dəyəri isə 6 223,8 manat olub.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol