• $
  • €
  • ₽
  • ₺
  • £

Şengen vizası neçəyədir? – QİYMƏTLƏR

Şengen vizası neçəyədir? – QİYMƏTLƏR
18.01.2017 16:25
Şengen vizasını almağın qaydaları həmin ölkələrə getmək istəyən hər bir turist üçün maraqlıdır.
 
ANN.Az turizm.fins.az-a istinadən Şengen ölkələrinə viza almaq qaydalarını təqdim edir.
 
Bunun üçün ilk növbədə getmək istədiyiniz ölkənin səfirliyində online növbə tutmaq lazımdır. Ölkəmizdə səfirliyi olan Şengen ölkələrindən yalnız Avstriya səfirliyində online qeydiyyat yoxdur. Qeyd edək ki, online qeydiyat zamanı şəxsin sənədlərini  təqdim edəcəyi vaxt təyin olunur.
 
Almaniya səfirliyi istisna olmaqla digər Şengen ölkələrinə sənəd şəkli təqdim edərkən biometrik şəkil ağ fonda olmalıdır. Yalnız Almaniya səfirliyinə təqdim olunan şəkil boz fonda olmalıdır. Qeyd edək ki, şəxsin pasportu viza müddəti bitdikdən sonra ən azı 3 ay etibarlı olmalıdır.
 
Sənədlər
 
- Şəxsiyyət vəsiqəsinin surəti
- Əgər köhnə pasport varsa, onların nüsxəsi
- Sosial vəziyyəti göstərən sənədlər
- İşlədiyiniz şirkətin rəsmi blankında maaş, vəzifə göstərilməklə arayış təqdim olunmalıdır.
- Son 3 ayda bankdan çıxarış
- Qalacağınız günün sayından asılı olaraq hesabınızda hər günə görə ən azı 100 avro olmalıdır.
- 18 yaşa qədər olan uşaqların doğum haqqında şəhadətnaməsi
- Əgər azyaşlı kiminsə qəyyumluğundadırsa həmin şəxsin icazəsi olmalıdır. Bundan başqa əgər uşaq valideynlərdən biri ilə xaricə gedirsə, digər valideyn ata və ya ana uşağın xaricə getməsinə icazə verməlidir.
- Tələbələr və şagirdlər üçün oxuduğu tədris ocağından arayış
- Otel bron edilməli və oteldən verilən rəsmi sənəd təqdim edilməlidir
- Səyahət sığortası
- Təyyarə biletinin bron edilməsi
- Xaricə getmək istəyən şəxsin adında əgər daşınmaz əmlak varsa, həmin əmlakın sənədləri təqdim olunmalıdır. Amma bu sənəd vacib sənədlər sırasına daxil deyil, yəni təqdim edilməsədə olar.
 
Qiymətlər
 
Qeyd edək ki, Şengen vizasının rüsumu 35 avrodur. Turizm.az şirkətinin baş tur meneceri Ürfanə Mahmudova Şengen vizası almaq üçün Avropa ölkələrinin Azərbaycanda səfirliklərindən başqa viza üçün xüsusi qeydiyyat xidmətlərinin olduğunu bildirdi. Amma bu cür xidmətlər pulludur. Əgər  bu xidmətlərdən istifadə etsəz o zaman 10-30 avro miqdarında əlavə ödəniş  etməli olacaqsız.
 
Ü.Mahmudovanın sözlərinə görə,  təkcə Almaniya səfirliyində  viza qeydiyyatı xidməti pulsuzdur. Çexiyaya viza sənədlərinin doldurulması isə səfirliyin özündə pulsuz, viza xidmətləri yerlərində isə pulludur.
 
Bundan başqa, səfirliklərə təqdim olunan sənədlər İngilis dilində və notarial qaydada təsdiq edilməlidir. Yalnız Almaniya səfirliyinə sənədləri Azərbaycan dilində də təqdim etmək olar. Bundan başqa Çexiya və Sloveniya səfirliklərinə sənədləri Rus və İngilis dilində təqdim etmək olar.
 
Ü.Mahmudova deyib ki,  Şengen vizası verilərkən əksər Avropa ölkələri interval müddəti verirlər. Yəni, əgər 15 –i tarixdə artıq getmək istədiyiniz ölkəyə yola düşməliydizsə, amma bunu edə bilməyibsizsə, onda növbəti gündə bunu edə bilərsiz. Lakin təkcə Macarıstan səfirliyi səfərə hazırlaşanlara interval müddəti vermir. Yəni, göstərilən tarixdə mütləqdi ki, yola düşməlisiz. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol