• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi siqaretlər bahalaşdı

Bəzi siqaretlər bahalaşdı
18.01.2017 16:00
Bu gündən tütün məmulatların nağd pulla topdan satışı qadağan olunub.
 
Tütün məmulatlarının pərakəndə satışı ilə məşğul olanlar "APA-Economics"ə bildirib ki, mağazalara tütüm məmulatlarının tədarükü dayandırılıb.

"Bu gün mağazamıza siqaret gəlməyib. Bizə bildiriblər ki, bu gündən siqareti ancaq plastik kartla almaq mümkündür. Topdan satışla məşğul olanlar siqareti plastik kartla və ya öncədən hesaba köçürmə yolu ilə sata biləcəklər. Pərakəndə ticarətlə məşğul olanların 90%-nin nə kartı var, nə də hesabları. Bir sözlə, siqaretin pulu öncədən ödənildikdən sonra mağazalara siqaret göndəriləcək. Pul əvvəlcədən ödənməyəcəksə, siqaret də gəlməyəcək".
 
Sahibkarlar hesab edir ki, tütün məmulatlarının nağdsız topdan satışı qiymət artımına yol aça bilər. "Artıq dünəndən bizə siqaret satmırlar. Buna səbəb kimi də kartımız və hesabımızın olmaması göstərilir. Bizə bildirirlər ki, hansı siqaretdən nə qədər lazımdırsa, qabaqcadan pulunu ödəyin biz də gətirək. Hazırda topdan satış mərkəzlərində siqaretin qiymətində artım yoxdur. Amma pərakəndə satışla məşğul olanlara nağd pulla satış qadağan olunduğundan tütün məmulatlarında qıtlıq müşahidə edilir. Ona görə də bəzi mağazalar siqaretlərin qiymətini cüzi artırıb. Əvvəllər topdansatışla məşğul olanlar pərakəndə ticarət mərkəzlərinə sifariş olunan həcmdə siqaret gətirir, müəyyən müddətdən sonra gəlib malın pulunu götürürdülər. Siqaretlərin nağdsız qaydada əvvəlcədən ödəniş edilməklə alınması üçün külli miqdarda pul lazımdır. Belə davam etsə, pərakəndə ticarətlə məşğul olanlar qiymətləri mütləq qaldıracaqlar", - deyə pərakəndə ticarətlə məşğul olanlar vurğulayıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanına əsasən 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq.    

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol