• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərin nəzərinə: “Beşmərtəbə”dəki yeni yol zolağı artıq daimi oldu

Sürücülərin nəzərinə: “Beşmərtəbə”dəki yeni yol zolağı artıq daimi oldu
18.01.2017 19:00
Yasamal rayonunda "Beşmərtəbə” adlanan dairədən Azərbaycan prospekti ilə avtomobillərin hərəkəti üçün yeni yaradılmış zolaq bir neçə gün keçirilən xronometraj nəticəsində daimi istifadəyə verilib.

ANN.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, "Beşmərtəbə” dairəsinə Azərbaycan prospekti ilə yaxınlaşarkən sonuncu edilən dəyişiklik qüvvəsində qalıb:

"Həmin ərazidə təhlükəsizliyin təmin edilməsi, eyni zamanda keçmə növbəliyini təmin etmək, həmçinin yol qəzalarının qarşısını almaq və süni sıxlığın aradan qaldırılması üçün "Qoşa Qala” qapısından, Sabir adına bağdan, Daxili İşlər Nazirliyinin inzibati binası yanından və Mərkəzi Univermaq tərəfdən Azərbaycan prospekti ilə yaxınlaşan avtomobil sürücüləri üçün kütləvi hərəkətə yaxınlaşarkən 5 zolaq ayrıldı”.

V.Əsədov vurğulayıb ki, əvvəl "Beşmərtəbə” dairəsində nişan qoyulmuşdu, 3 hərəkət zolağı olduğu üçün sıxlıq yaşanırdı:

"İndi nişanlar götürüldü, avtomobil dairəvi hərəkətə daxil olarkən mütləq dairəvi hərəkətdə olan nəqliyyat vasitələrini buraxmalıdır. Burada əsasən günün pik saatlarında süni sıxlıq yaşanırdı. Yəni səhərlər Azərbaycan prospektindən "Beşmərtəbə” dairəsi kimi tanınan əraziyə, günün qaranlıq vaxtlarında isə Nizami metrostansiyası tərəfdən Cəfər Cabbarlı küçəsi ilə gələn avtomobillərin hərəkətində problem yaşanırdı. "Beşmərtəbə” dairəsi kimi tanınan ərazidəki təhlükəsizlik zolağından iki hərəkət zolağı Azərbaycan prospekti ilə hərəkət edən sürücülər üçün ayrıldı və bu ayrılmış zolaq üzrə dairəvi şəkildə istifadə edənlər sərbəst və fasiləsiz hərəkət edə biləcəklər”.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol