• $
  • €
  • ₽
  • ₺
  • £

Millət vəkili AZAL-ın fəaliyyətini kəskin tənqid etdi

Millət vəkili AZAL-ın fəaliyyətini kəskin tənqid etdi
29.05.2020 04:46

 

Millət vəkili Vahid Əhmədov "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) fəaliyyətini kəskin tənqid edib.
 
"APA-Economics"in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili deyib ki, aviasiya sahəsində qiymətlər həddindən artıq yüksəkdir: "AZAL faktiki olaraq aviasiya sahəsini inhisarda saxlayır. Niyə beynəlxalq aviadaşımalarla məşğul olan şirkətlər Azərbaycana reyslər həyata keçirməməlidir? Niyə bu sahədə alternativ şirkətlər olmamalıdır? Niyə sərnişinlər yüksək qiymətə uçmalıdır? AZAL-ın aviasiya sahəsini inhisara alması qiymətlərin yüksək olmasına şərait yaradır. Mən Türkiyəyə səfər etmişdim. Orada işlərim uzandı, ona görə iki gün ləngiməli oldum. AZAL-ın Türkiyədəki nümayəndəliyinə yaxınlaşdım və bileti dəyişdirməyi xahiş etdim. Mənə bildirildi ki, bileti dəyişmək yalnız Bakıda mümkündür. Əgər AZAL-ın Türkiyədə nümayəndəliyi varsa, niyə sərnişinlərin üzləşdiyi problem həll olunmamalıdır?"
 
Millət vəkilləri Əli Məsimli və İlham Əliyev də AZAL-ın fəaliyyətindən narazılıq ediblər. AZAL-ın Azərbaycanın dövlət büdcəsinə çox böyük yük olduğunu deyən Ə. Məsimli  bildirib ki, bu qurumun özəlləşdirilməsi çox vacibdir. Millət vəkilləri aviasiya sahəsində monopoliyanın aradan qaldırılması üçün Rəqabət Məcəlləsinin qəbul edilməsini vacib saydıqlarını vurğulayıblar. "Məcəllənin qəbulu bu sahədə rəqabət mühitini formalaşdıracaq. Bu isə son nəticədə xidmətlərin keyfiyyətinin yaxşılaşmasına və qiymətlərin aşağı düşməsinə gətirib çıxaracaq", - deyə Ə. Məsimli vurğulayıb.
 
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov isə AZAL-ın inhisarçı şirkət olması ilə bağlı fikirləri qəbul etməyib. Onun sözlərinə görə, Azərbaycana və respublikadan xaricə həyata keçirilən reyslərin 52%-i beynəlxalq şirkətlər, 48%-i isə AZAL tərəfindən həyata keçirilir: "AZAL-ın bu gün 17 tarifi mövcuddur. Biletlərin dəyişdirilməsi qaydalarda öz əksini tapıb. Burada biletlərin necə dəyişdirilməsi qaydaları var. Biletlərin qiymətini qaldırmaq məsələsi bu gün gündəmdə deyil və icazə verilmir. Amma ümumilikdə uçuşun xərcləri hansısa yolla yığılmalıdır. Ona görə də AZAL beynəlxalq təcrübədə əksini tapan bəzi qaydalardan istifadə edərək baqajdan pul yığır. Bəzi şirkətlər yeməkdən pul yığır, bəziləri isə yüklərdən, cərimələrdən pul yığırlar. Ümumilikdə xərcləri bağlamaq lazımdır. Siz qeyd etdiniz ki, AZAL büdcəyə böyük bir yükdür. Bütün bunlar olduğu halda yenə də yetərincə gəlir yığılmır. Monopoliyaya gəldikdə bilirsiniz ki, aşağı büdcəli Buta şirkəti yaranır. Bilirsiniz ki, AZAL qiymətləri əsas etibarı ilə enerji daşıyıcıları və onların qiyməti ilə tənzimləyir və çalışır ki, hava limanında problem olmasın. Bizdə uçuş zolağı 3-cü, yəni ən yüksək kateqoriyaya sahibdir. Biz istənilən hava şəraitində uçuşları qəbul edə bilirik. Son günlər Türkiyədə hava şəraitinə görə AZAL-ın reyslərindən başqa bütün reyslər gecikirdi. Həmin kateqoriyanı qoruyub saxlamaq üçün böyük problemlər var. Yəni, bir lampanın qiyməti 60 minə qədərdir. Onların hamısını almaq lazımdır".

 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol