• $
  • €
  • ₽
  • ₺
  • £

Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik etdi

Vergilər Nazirliyi bəyannamə formalarına dəyişiklik etdi
19.01.2017 18:29
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında ölkə prezidentin fərmanından irəli gələn tapşırıqların, habelə Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş "Vergi sahəsində aparılan islahatların tətbiqi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə bağlı Nazirliyin Kollegiyasının qərarı ilə bir sıra sənədlərin formaları və tərtib edilməsi qaydaları, o cümlədən "Vergi Məcəlləsinin 149.1.3-cü maddəsində göstərilən qeyri rezident şəxsin təyin etdiyi vergi agenti barədə arayış" forması, "Maliyyə institutları tərəfindən məlumat verilməli hesablar barədə hesabat" forması və tərtib edilməsi qaydaları, "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi"nin forması, "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz" forması, "Daşınmaz əmlakın icarəsi ilə bağlı aparılmış notariat əməliyyatları barədə məlumat" forması, "Səhmlərinin və paylarının nəzarət zərfi dövlətə məxsus olan dövlət (büdcə) təşkilatları onlara dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlər barədə məlumat" forması təsdiq edilib.
 
Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bundan başqa, vergilər nazirinin əmri ilə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən irəli gələn məsələlərin həlli, vergi nəzarətinin səmərəliliyinin artırılması, təhlil bazasının genişləndirilməsi məqsədilə mövcud bəyannamələrə, hesabatlara, onların əlavələrinə və tərtib olunması qaydalarına dəyişiklik edilib, bir sıra bəyannamələrə yeni əlavələr təsdiq olunub. Əlavə Dəyər Vergisi, mənfəət, gəlir, torpaq, mədən, yol, sadələşdirilmiş vergilərin, onların əlavələrinin, habelə ödəmə mənbəyində tutulan vergi və aksiz bəyannaməsinin formaları və tərtib edilmə qaydaları yeni redaksiyada təsdiq edilib.
 
"Qeydiyyata alınmayan qeyri rezidentə ödənilmiş məbləğə hesablanmış ƏDV-nin bəyannaməsi”, "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, ”"Xarici subpodratçılardan ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, "Dövlət rüsumunun tutulması haqqında hesabat”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş verginin bəyannaməsi”, "Xüsusi notariusun gəlir vergisi bəyannaməsi”, "Daşınmaz əmlak təqdim edə şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”, "Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi”,  "Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi” və bir sıra başqa bəyannamələrin formaları və onların tərtib edilməsi qaydaları da qəbul olunub.
 
Normativ-hüquqi aktlara dəyişikliklər bağlı ətraflı məlumat, habelə yeni bəyannamə formaları və onların tərtib edilmə qaydaları Vergilər Nazirliyinin rəsmi saytında yerləşdirilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol