“SOCAR Turkey Energy”: "Türkiyədəki layihələrə 9,5 mlrd. dollar xərclənib"

"Azərbaycan və SOCAR dünyanın bir çox ölkəsinə investisiyalar yatırır. 18 mlrd. dollarlıq investisiya ilə Türkiyə ilk sıradadır. İndiyədək bu proqramın 9,5 mlrd. dollarlıq hissəsi həyata keçirilib”.
"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu "SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, qalan hissə isə qarşıdakı illərdə yatırılacaq və 2020-ci ildə tamamlanacaq: "4-5 illik deyil, uzun müddət bu ölkədə olacağıq. Türkiyə lirəsi və Azərbaycan manatının ucuzlaşması planlarımıza təsir göstərəcək amillər deyil”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























