Tütün məmulatlarının idxalı azalıb - 2 dəfə

Ötən il ərzində Azərbaycana 153 116,46 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2015-ci ilə nisbətən 144 491,70 min dollar yaxud 48,55% (1,94 dəfə) azdır.
Nəticədə, 2016-cı il ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,79%-ni təşkil edib.
Hesabat dövründə Azərbaycandan 8 898,88 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki il ilə müqayisədə 507,44 min dollar yaxud 5,40% azdır. Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,10%-nə bərabər olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























