• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanla İran gömrükdə “bir pəncərə” sistemini tətbiq edəcək

Azərbaycanla İran gömrükdə “bir pəncərə” sistemini tətbiq edəcək
24.01.2017 23:30
"Azərbaycanla İran gələn aydan gömrükdə "bir pəncərə” sisteminin tətbiqinə başlayacaq”.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasian deyib.

Hər iki ölkənin gömrük xidmətləri arasında bununla bağlı müvafiq sazişin imzalandığını xatırladan M.Kərbasian qeyd edib ki, "bir pəncərə” sisteminin tətbiqi ilə adıçəkilən qurumlar məlumat mübadiləsini elektron formada həyata keçirəcək: 

"Bu sistemin tətbiqi bizə nə verəcək? Onun tətbiqi hər iki qurumun işlərini sürətləndirəcək, gözləmə müddətini azaldacaq. Bundan başqa, bir ölkənin qurumu yoxlama işlərini həyata keçirdikdə, digər ölkənin qurumu tərəfindən bu işlərin aparılmasında zərurət qalmayacaq.

Beləliklə, biz xeyli vaxta qənaət edəcəyik. Bununla yanaşı, bu sistem gömrük sahəsində qanun pozuntusu halları ilə mübarizəni daha da effektiv edəcək. 

Proqrama əsasən, gələn ay bu sistemin tətbiqinə başlanılacaq. Hazırda ikitərəfli görüşlər davam etdirilir, bəzi detallar dəqiqləşdirilir. Biz bu sistemi Türkiyə ilə birgə tətbiq etmişik. Lakin Azərbaycanla birgə tətbiq etdiyimiz sistem daha təkmil formadadır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol