• $
  • €
  • ₽
  • ₺
  • £

"Qazprom" TAP-ın ötürücülük qabiliyyətini ikiqat artıracaq" - Səhmdar

"Qazprom" TAP-ın ötürücülük qabiliyyətini ikiqat artıracaq" - Səhmdar
25.01.2017 11:25
Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin səhmdarı olan İtaliyanın "Snam" şirkəti "Qazprom" konserninin TAP-a qoşulması niyyətini dəstəkləyib.
 
"APA-Economics"in "Kommersant" qəzetinə istinadən verdiyi xəbərə görə, İtaliya şirkəti hesab edir ki, "Qazprom"un layihəyə qoşulması TAP-ın ötürücülük qabiliyyəti ikiqat artıra bilər.
 
Ötən gün "Qazprom"un İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev Vyanada keçirilən konfransda bildirib ki, Rusiyanın dövlət şirkəti TAP və "Poseidon" (Yunanıstanla İtaliyanın qaz nəqli sistemlərini birləşdirən interkonnektor - red.) kəmərləri vasitəsilə Avropaya qaz nəql etməyi nəzərdən keçirir.
 
Şirkət rəsmisi deyib ki, Avropanın qaza olan tələbatını ödəmək üçün "Nord Stream 2" və "Тürk axını" layihələri yetərli olmaya bilər: "Buna görə, biz Cənubi Avropadan olan tərəfdaşlarımızla danışıqlar aparırıq. Danışıqların predmeti "Poseidon" və ТАР layihələrindən istifadədir".
 
Bunun ardınca top-menecer əlavə edib ki, hazırda "Qazprom"un TAP-a qoşulması ilə bağlı konkret təklif irəli sürülməyib.
 
"Snam" şirkətinin rəhəri Paskal de Byuk isə "Qazprom"un TAP-a qoşulmasını dəstəkləyib.
 
Onun müavini Federiko Ermoli isə "İnterfax" agentliyinə açıqlamasında bildirib ki, "Qazprom" TAP-a qoşularsa, kəmərin ötürücülük qabiliyyəti ikiqat artacaq:
 
"Kiçik investisiya hesabına biz kəmərin ötürücülük qabiliyyətini 20 mlrd. kubmetrədək artıra bilərik. Bu, "Poseidon" layihəsinin genişləndirilməsindən daha ucuz başa gələr. TAP-ın hesabına Rusiya qazı İtaliya, Avstriya, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstana nəql oluna bilər".
 
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 mlrd. kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol